Məzmuna keç

Yazıçı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azad yazıçı – öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar.Əmin ər-Reyhani
  • Bəzi söhbətlər prinsiplər, bəziləri isə həyatda tətbiq üçündür. Onlar arasındakı ziddiyyət heç kimi hiddətləndirmir və ümumi bir fikrə görə, onlar bir-biri ilə uğunlaşmamalıdır. Hətta yazıçıdan, xüsusi ilə də moralist yazıçıdan kitablarında yazdığı kimi danışmağı, danışdığı kimi isə hərəkət etməyi tələb etmirlər. Jan Jak Russo
  • Biz heç də təbib deyilik, biz ağrıyıq. Gertsen
  • Bizdən əvvəlki müdriklər deyib: "Köhnələri oxumamış təzə kitablar oxuma". Özüm yazıçı olaraq heç kimə məsləhət görmürəm ki, bu qaydaya ciddi əməl etsin. Uinston Çörçill
  • Bütün ömrünü başqalarının yaratdıqlarına fəda etmiş tənqidçi, əslində, yazıçılıq qabiliyyəti olmayan yazıçıdır. Əmin ər-Reyhani
  • Dövlətlə yazıçı toqquşanda yazıçı həmişə udur, ancaq xalqla yazıçı toqquşsa, yazıçı uduzur.[1] Çingiz Abdullayev
  • Əksər yazıçılar həqiqəti ən böyük sərvət sayır və bu səbəbdən də ondan qənaətlə istifadə edirlər. Mark Tven
  • Hər bir yazıçı yazdığı əsərində, hətta bəzən özü istəmədən belə, müəyyən mənada özünü təsvir edir. Höte
  • İki cür yazıçı var: yaşamaq üçün yazanlar və yazmaq üçün yaşayanlar. Yaşamaq üçün yazanlar yaşayır, amma yazmır, yazmaq üçün yaşayanlar isə yazır, amma yaşamır. Əmin ər-Reyhani
  • İstedadsız yazıçı günahı qələmdə görür. İspan atalar sözləri
  • "Kütlə məzhəkəçisi” olmaq istəməyən hər bir yazıçının yeganə amalı – yaşadığı zəmanənin dəyərlərini zənginləşdirməyə hesablanmalı və o hər bir vəchlə buna can atmalıdır. Onore de Balzak
  • Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq. Mixail Bulqakov
  • Təbiət öz gözəlliyninin tərənnümündə şairlərə, yazıçılara borclu olduğu kimi, yazıçı və şairlər də bir çox cəhətdən təbiətə borcludurlar. Valter Skott
  • Yalnız bir siyasi sistem var ki, orada yaxşı yazıçının yaranması qeyri-mümkündür. Bu sistemin adı faşizmdir. Çünki faşizm quldurların idarə etdiyi yalançı bir cəmiyyətdir. Bu mənada yalanı ədəbiyyata gətirmək istəməyən yazıçı faşizm rejimində nə yaşaya, nə də yarada bilər. Ernest Heminquey
  • Yaradıcı yazıçı oyun oynayan uşaq kimi davranır: xəyallarında öz aləmini yaradır və sonra da onu həqiqət kimi qəbul edir. [2]Ziqmund Freyd
  • Yazıçı çox yazmalıdır, amma tələsməməlidir. Anton Çexov
  • Yazıçı eyni vaxtda həm araşdırma, həm də eksperiment aparır. Emil Zolya
  • Yazıçı heç vaxt obyektiv ola bilməz. Yazıçı subyektiv olmalıdı. Sevirəm, ya sevmirəm.[3]
  • Yazıçı həqiqəti qələmə almalıdır. Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan orduları hərəkətə gətirə bilər, bir xalqı aldadıb yolundan sapdıra bilər, hətta özünü "həyat" kimiqələmə verə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. Uilyam Folkner
  • Yazıçı həyatı toqquşmaların böyük salnaməçisidir. Onore de Balzak
  • Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük, oxucu tapmamış olsun. Anton Çexov
  • Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır. Maksim Qorki
  • Yazıçı ustalığının ən yüksək səviyyəsi fikri obrazda ifadə etməkdir. Onore de Balzak
  • Yazıçı yalnız əqidəsi möhkəm olduqda mövcuddur. Onore de Balzak
  • Yazıçı yaşıyla yox, başıyla yaradır. Miqel de Servantes
  • Yazıçının məqsədi sivilizasiyanı özünüməhvdən qorumaqdan ibarətdir. Alber Kamyu
  • Yazıçının üslubu yazdığı adamı yaxşı tanıyanda yaranır. Nikolay Qoqol
  • Yazıçının vəzifəsi ağıla və zövqə yalnız xoş anlar yaşatmaqdan ibarət deyil. Əgər onun əsərlərindən insan ruhuna heç bir fayda yoxdursa və insanlar heç bir nəsihət qazanmırlarsa, belə yazıçı ciddi ittihama məruz qalacaq. Nikolay Qoqol
  • Yazıçının yalnız bir müəllimi var – oxucu. Nikolay Qoqol
  • Yazmağı davam etdirmək istəyən məşhur bir yazıçı şöhrətə qarşı özünü davamlı qorumalıdır. Heç vaxt unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, davamlılıqdır. Qabriel Qarsiya Markes

İstinadlar

[redaktə]