Başlanğıc
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ad verməyə layiq olmayan bütlərə xidmət etmək, bütün pisliklərin başlanğıcı, səbəbi və sonudur. Süleyman
- Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır. (ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
- Axşamlar dinləyərək susmağın səni müdrik edir. Çünki, müdrikliyin başlanğıcı susmaqdır. Pifaqor
- Almaniyanı məğlub etmək lazımdır - bu, təkcə Rusiya üçün deyil, bütün imkanları qabaqda olan ən böyük Slavyan dövlətləri üçün, həm də Avropa dövlətləri üçün ölüm -dirim məsələsidir. Almaniyanın məğlubiyyəti ümumavropa irticasının məğlubiyyəti və Avropa inqilablarının yeni dövrünün başlanğıcı olacaq. Leonid Andreyev
- Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
B
[redaktə]- Başlanğıc hər şeyin yarısıdır. Pifaqor
- Başlanğıc, işin yarısından çoxu deməkdir. Aristotel
- Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo
- Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. Birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. İnsanlara nə istədiklərini soruşsaydım, daha sürətli gedən at düzəldərdim. Henri Ford
- Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
- Bir məqsədə çatmaq başqa bir məqsəd üçün başlanğıc nöqtəsidir. Con Dyui
- Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
- Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu. Jan Pol Sartr
- Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. ABŞ atalar sözləri
- Biz hamımız başlanğıcda uşağıq. İsveç atalar sözləri
- Bütün nemətlərin başlanğıcı və son həddi ağıldır. Epikür
Ç
[redaktə]- Çətinliyin aradan qaldırılması prosesində bir fikrə sahib olmaq yalnız başlanğıcdır. Abraham Maslau
D
[redaktə]- Demək olar ki, bütün hallarda ən çətin şey başlanğıcdır. Jan Jak Russo
E
[redaktə]- Elmin başlanğıcı-ağıl, ağlın başlanğıcı- səbrdir. Avar atalar sözləri
- Eşq, elə əngin bir dənizdir ki, nə başlanğıcı nə də sonu vardır. Mövlana Cəlaləddin Rumi
- Eşq hər şeyin səbəbi, başlanğıcı və sonudur. Jan Batist Anri Lakorder
Ə
[redaktə]- Ədalətin iki başlanğıcı mövcuddur: heç kəsə ziyan vurmamaq və cəmiyyətə xeyir vermək. Mark Tulli Siseron
- Əgər həqiqəti axtarırsansa, sonunda rahatlıq tapa bilərsən; Rahatlıq axtarsanız, nə rahatlıq, nə də həqiqət əldə edə bilməyəcəksiniz, yalnız yumşaq sabun və başlanğıc üçün arzu və sonda ümidsizlik. Klayv Steyplz Lyuis
- Əgər insan bütün şüurundan, bütün yaddaşından və məntiqi düşünmə qabiliyyətindən məhrum olsaydı, qalan şey saf və dəhşətli başlanğıc olardı. Stiven Edvin Kinq
- Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə, hər vasitə ilə öz qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə. Qəzəbə yalnız başlanğıcda qalib gəlmək olar. Ralf Uold Emerson
- Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir. Maksim Qorki
- Ən yaxşı strategiya - həmişə ən güclü olmaqdır; başlanğıcda ümumiyyətlə, ardınca müəyyənedici bəndlərdə... Qüvvələrini cəmləşdirmək zərurətindən uca və sadə qanun yoxdur... Qısaca birinci prinsipdə deyilir: son dərəcə konsentrasiya olunmuş şəkildə hərəkət et. Karl fon Klauzevits
G
[redaktə]- Gənc yaşlarda artıq çəki yığmayın. Başlanğıcda sizin hormanlarınız bunda sizə köməkçi olacaq, lakin bu potensialı itirməyə dəyməz, inanın mənə. Culian Smit
- Gizlətməyəcəyəm, səbəb gözəllik idi, amma qadınlar çox vaxt gözəlliyin yalnız başlanğıc nöqtəsi olduğunu unudurlar. Gözəlliyimizi necə və nə üçün istifadə etməyimiz vacibdir. Monika Belluçi
- Görüş - ayrılığa başlanğıcdır. Yapon atalar sözləri
- Gözəl bir başlanğıc yarıbayarı müvəffəqiyyət deməkdir. Andre Gid
- Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqələri kəsmənin də ən yaxşı yoludur. Oskar Uayld
H
[redaktə]- Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur. Oşo (Çandra Mohan Racniş)
- Heç vaxt “çox gec” deməməlisən. Siyasətdə də heç vaxt gec deyil. Yeni bir başlanğıc üçün həmişə vaxt var. Konrad Adenauer
- Hər başlanğıc çətindir. Polşa atalar sözləri
- Hər böyük iş yalnız başlanğıcda çətin görünür. Tomas Karleyl
- Hər sülh şəfəqinə həyatının başlanğıcı kimi və hər qüruba bu həyatın sonu kimi bax. Qoy bu qısa ömürlərin hər biri hansısa xeyirxah əməllə yadda qalsın. Con Reskin
- Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır. Bob Marli
- Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır. Volter
- Həyat, qaydaların siyahısını hazırlamaq üçün çox mürəkkəb və çox dəyişkəndir. Ağıllı seçim etməyi öyrənməliyik. İstəməklə istəmək arasında fərq qoymağı öyrənməliyik. İstəmək başlanğıc nöqtəsidir və sonra qərar verməzdən əvvəl ağıllı tənqidi araşdırma ilə məşğul olmalıyıq. Praqmatik hərəkət edərək, şeylərdən zövq almaq istəsək, əxlaqi seçim etmək üçün başqa şeyləri qurban verə biləcəyimizi başa düşürük. Con Dyui
- Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur. Volter
X
[redaktə]- Xırda şeylərdən başlasa da, yaxşı başlanğıc xırda şey deyil. Sokrat
İ
[redaktə]- İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. Xaqani Şirvani
- İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdi yəni hərəkərsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir. Frans Kafka
- İnsan dinin başlanğıcı, insan dinin ortası və insan dinin sonudur. Lüdviq Feyerbax
- İnsan şüuruna yaradıcı başlanğıc xasdır və onun üçün həll edilməmiş istənilən problem əzabvericidir.O, hər hansı bir yarımçıq iş kimi, həyatı sağlam dərk edən bir insana rahatlıq vermir. Teodor Drayzer
K
[redaktə]- Kişilərlə təcrübələrim: bəziləri çox uzun müddət tərəddüd edir, başlanğıc tapmır və sona çatmır. Digərləri dərhal başlamaq istəyir. Brijit Bardo
- Komandanı olmayan zəif ordu, praktikada tətbiq edilməyən təhsil, eləcə də savadsız bir insanın başlanğıcı və ərsiz qadının həyatı uğursuzluğa məhkumdur. Çanakya
Q
[redaktə]- Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı. Nikola Şamfor
M
[redaktə]- Mən dünyanı parçalaya bilərdim, amma bunu heç vaxt etməyəcəyəm. Mənim əsas məqsədim yeni hadisələri qeyd etmək və yeni tədqiqatların başlanğıc nöqtəsi olacaq ideyaları yaymaqdır. Nikola Tesla
- Mən xalqın və onun öz istədiyi idarə üsulunu seçmək hüququnun tərafdarıyam. Amma sən adam öldürmək tərəfdarı olmamalısan. Lazım gələndə, sən adam öldürməlisən, amma öldürmək tərəfdarı olmamalısan. Əgər sən buna tərəfdasansan, onda hər şey lap başlanğıcdan düz deyil. Ernest Heminquey
- Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
- Mənəvi mükəmməlliyin başlanğıc nöqtəsi hər şeydən əvvəl maddi tələbatdır. Vissarion Belinski
- Mülki və hərbi cəsarət eyni başlanğıcdan qidalanır. Onore de Balzak
P
[redaktə]- Peyğəmbər və Allahın elçiləri dinlə bağlı olan bütün məsələlərdə həmfikirdirlər. Budda, İsa, Məhəmməd, Zərdüşt arasında – qismən və ya əsaslı – heç bir qarşıdurma və ziddiyyət yoxdur. Əgər biz tövhid dinə uyğun gələnləri əxz edib ruhumuzla Allaha – məhəbbət, gözəllik, rəhmdillik və firavanlıq mənbəyi olan ali başlanğıca doğru yüksəlsək, (o zaman) ədavət və məşəqqətə gətirib çıxaran ixtilaflardan uzaq olarıq. Əmin ər-Reyhani
- Pis başlanğıc heç vaxt yaxşı sonluğa gətirib çıxarmır. Çarlz Dikkens
S
[redaktə]- Sərvət və kapital iqtisadiyyata yox, əməyə, təcrübəyə, qənaətə, mənəvi başlanğıca bərabərdir. Dmitri Mendeleyev
- Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı. Aleksandr Düma (ata)
T
[redaktə]- Təbiətdə sevgidən güclü başlanğıc yoxdur. Karpo Lope de Veqa
- Təsadüfi heç nə olmur, hər şeyin bir başlanğıc səbəbi var. Ziqmund Freyd
Y
[redaktə]- Yaxşı başlanğıc artıq yolun yarısıdır. Sloven atalar sözləri
- Yaxşı başlanğıc uğurun yarısıdır. Andre Gid
- Yaxşı bir başlanğıc döyüşün yarısıdır. Rus atalar sözləri
- Yaxşı bir başlanğıc işin yarısıdır. Niderland atalar sözləri
- Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir. Andre Gid
Z
[redaktə]- Zövq xoşbəxt bir həyatın başlanğıcı və məqsədidir. Epikür