Məzmuna keç

Sirli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, bu qeyri-adi sözün geniş, fəlsəfi mənasında, müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır.[1] Ələddin Allahverdiyev
  • Aydın olmayan hər şey sirlidir və ona görə, həm də vahiməlidir. Anton Çexov
  • Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik. Virciniya Vulf
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Bir zamanlar kişiyə hisslərini etiraf edən qadınla bu kişi arasında hər şey, hətta hava belə sirli və təhlükəli olur. Ürəyin səbirsizliyi. (Stefan Sveyq)
  • Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar. Qay Yuli Sezar
  • “Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm. Oşo
  • Qadınlar təbiətcə sirli qalmağa meylli olur və özlərini sirlərlə əhatə etməyi sevirlər. Artur Konan Doyl
  • Mən dünyada kimi təmsil etdiyimi bilmirəm. Özümü həmişə dəniz sahilində gah hamar daşlar, gah qeyri-adi gözəl balıqqulağı taparkən əylənən oğlan uşağı kimi hiss edirəm, qarşımda isə həqiqətin sirli okeanı uzanıb gedir. İsaak Nyuton
  • Nöqsanlarının olması, yıxılmaq, büdrəmək – bunlar normaldır. Əsas budur ki, “bunlar niyə məhz mənim başıma gəlir?” sualının heç bir sirli cavabının olmadığını biləsən. Vaynona Rayder
  • Om sadəcə bir səs və ya vibrasiya deyil. Bu, sadəcə bir simvol deyil. Görə bildiyimiz, toxuna bildiyimiz, eşitdiyimiz və hiss etdiyimiz bütün kosmosdur. Üstəlik, bizim qavrayışımız daxilində olan və qavrayışımızın xaricində olan hər şeydir. Bu, bizim varlığımızın əsasını təşkil edir. Əgər Om-u yalnız bir səs, texnika və ya İlahi simvol kimi düşünsəniz, onu tamamilə əldən verəcəksiniz. Om bütün kainatın bütün əşyalarının və bütün varlıqlarının alt qatı olan sirli kosmik enerjidir. Bu, İlahinin əbədi nəğməsidir. O, mövcud olan hər şeyin fonunda davamlı olaraq sükutla səslənir. Amit Ray
  • Öz ruhunun dərinliklərinə var, o zaman qarşında yeni-yeni üfüqlər açılacaq, insan ayağı dəyməmiş torpaqlar, dum-duru çaylar, hələ heç kəsin görmədiyi sirli ulduzlar, kəhkəşanlar kəşf edəcəksən. Vasili Rozanov
  • Yalan həqiqətdən daha cazibədar, daha təsiredici, daha sirlidir və buna görə də insanlar buna üstünlük verirlər. Per Laqerkvist
  • Yaşaya biləcəyimiz ən gözəl şey sirli olandır. O, bütün həqiqi sənət və elmin mənbəyidir. Heç vaxt bu hissi yaşamayan, düşünməyən insan ölü bir insana bənzəyir və onun gözləri bağlıdır. Həyatın sirrini başa düşmək, qorxu ilə birlikdə olsa da, dinin yaranmasına səbəb oldu. Bizim üçün keçilməz olanın həqiqətən mövcud olduğunu bilmək, özünü ən yüksək müdriklik və ən parlaq gözəllik kimi təzahür etdirərək, bizim sönük qabiliyyətlərimizin yalnız ən ibtidai formalarında dərk edə biləcəyini bilmək - bu bilik, bu hiss həqiqi dindarlığın mərkəzindədir. Albert Eynşteyn

İstinadlar

[redaktə]
  1. Ələddin Allahverdiyev. Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar. “Xalq qəzeti”, № 063 (29605), 30.03.2021, səh.6