Ağlasığmaz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır. (ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
- Ağlasığmaz təsadüflər nə qədər çox baş verirsə, uğura da o qədər çox etimad bəsləyirik. Anna Bartkulaşvili
B
[redaktə]- Bizim hər birimizin qəlbində gizlənmiş ağlasığmaz qəribəliklər var və onlar büruzə vermək üçün əlverişli bir fürsət gözləyirlər. Çarlz Dikkens
- Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö
Ç
[redaktə]- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inanclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
D
[redaktə]- Dünyamız böyük bir enerji okeanında yerləşir və biz bu sonsuz məkanda ağlasığmaz bir sürətlə uçuruq. Ətrafda hər şey, bütün enerji fırlanır, hərəkət edir. Qarşımızda bu enerjini əldə etməyin üsulunu tapmaq kimi çox böyük bir vəzifə durur. Əgər bu tükənməz mənbədən bu enerjini ala bilsək, o zaman bəşəriyyət nəhəng addımlarla irəliləyəcəkdir. Nikola Tesla
Ə
[redaktə]- Әn ağlasığmaz şey nәdir? - Tiranı qoca görmәk. Miletli Fales
H
[redaktə]- Heç vaxt Rusiyaya qarşı getməyin. Sizin, hər hansı bir hiylənizə o, ağlasığmaz və sizin üçün son dərəcə təhlükəli olan axmaqlıqla cavab verəcək.[1] Otto fon Bismark
- Həyatın ən erkən illərinin hadisələri yetkinlik yaşında xatırlanması üçün ruhumuzda çox nadir hallarda dərin iz buraxır. Adətən, belə hadisələr dumanlı, aydın olmayan nizamsız xatirəyə- kiçik sevinclərin və ağlasığmaz əzabların dumanlı surətinə çevrilirlər. Edqar Allan Po
S
[redaktə]- Sevgi ağlasığmaz şeyləri yaradacaq qədər güclüdür. O, fəza və zamanın əbədi dəyişməz şərtləri, bədənin acizliyi üzərində qələbə çalır, körpəyə şir gücü verir. Vissarion Belinski
İstinadlar
[redaktə]- ↑ Xəzinə. Bakı, 1997, səh.92