Məzmuna keç

Əhəmiyyətli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə həyata dolğunluq gətirir, xoşbəxtlik gətirir. Lakin hər bir ailə, xüsusən cəmiyyət həyatına hər şeydən əvvəl dövlət əhəmiyyətli böyük iş kimi daxil olmuşdur. Anton Makarenko
  • Atamın ölkəsi üstümdə həmişə ən əhəmiyyətli haqqa sahib olmuşdur. [24 noyabr 1782, atasına bir məktubunda] Volfqanq Amadey Motsart
  • Başqalarının sizin haqqınızda nə düşündüyünün elə bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan özünüz haqda özünüzün nə düşünməyinizdir. Seneka
  • Başqasından üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmağımızdır. Hind atalar sözləri
  • Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
  • Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir. Ziqmund Freyd
  • Bir fincandakı qəhvə kimidir həyat. Bəzən şirin bəzən deyil. Əhəmiyyətli olan qəhvənin dadı deyil onsuz da, onu kiminlə içdiyinizdir. Bob Dilan
  • Bir liderin ən əhəmiyyətli vəzifəsi, ümidi yaymaqdır. Ergün Gülər
  • Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
  • Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. Aliya İzzetbeqoviç
  • Bir şəhərdə ən əhəmiyyətli üç şey : kanalizasiya, hamam və kitabxanalardır. Kanalizasiya şəhərin kirini, hamam bədənin kirini, kitabxanalar da ruhun kirini təmizləyər. II Mehmed
  • Biz buna fikir versək də, verməsək də, hər şeyin altında bir sual yatır: Həyatın məqsədi nədir? Hər insan doğulduğu andan etibarən xoşbəxtlik istəyir, əzabdan qaçır. Bunu nə sosial şərtlər, nə təhsil səviyyəsi, nə də ideoloji şərtlər dəyişə bilir. Mövcudluğumuzun təməlində hər birimiz sadəcə olaraq xoşbəxt olmaq istəyirik. Əsas əhəmiyyətli olan şey, xoşbəxtliyi nəyin gətirəcəyini kəşf etməkdir. Tenzin Gyatso
  • Cəmiyyəti formalaşdıran ən əhəmiyyətli amil dil, qələm, iş və düşüncə azadlığıdır. Mirzə Əliəkbər Dehxuda
  • Cəsarət, qorxunun yoxluğu deyil, qorxunun içindən gedib sizin üçün əhəmiyyətli olan məqsədi qovmaqdır. Robin Şarma
  • Dil nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil. Konfutsi
  • Dostum, Günəşə bax, torpağa bax, suya bax, buluda bax; fəqət, arxana baxma. Kimin gəldiyi əhəmiyyətli deyil, kimin gəlmədiyi də. Cübran Xəlil Cübran
  • Dövlətin həyatında ideyalar olduqca vacib və əhəmiyyətli amildir; bunlara məhəl qoymamaq, yaxud lazımınca qiymətləndirməmək ən böyük nadanlıq və siyasi kallıqdır. [1] Frans Qolsendorf
  • Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri mümkündür. Həsən Əliyev
  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • Əhəmiyyətli bir problemdə, səlahiyyətinizi aşdığı halda sizə məsləhət edilirsə, qəhrəmanlıq etməyin. Çünki mütləq hadisədə günahkar axtarılır. Erix Fromm
  • Əhəmiyyətli qərarları vaxtında qəbul edin. Ceyms Uotson
  • Əhəmiyyətli odur ki, öz ölkən uğrunda ölməyə, ondan da əhəmiyyətlisi, onun naminə yaşamağa hazır olasan. Teodor Ruzvelt
  • Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır. Qabriel Qarsiya Markes
  • Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil ən az şeyə ehtiyac duymaqdır. Platon
  • Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın. Erix Fromm
  • Əhəmiyyətli olan yaşamaq deyil, bacarmaq heç deyil. Əhəmiyyətli olan insan qalmağı bilməkdir. Corc Oruell
  • Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar. Mark Tven
  • Ən əhəmiyyətli fikirlər duyğularımıza zidd olan fikirlərdir. Pol Valeri
  • Ən narazı müştərilər ən əhəmiyyətli məlumat qaynağımızdır. Bil Geyts
  • Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir.[2] Korneli de Bruin
  • Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. Şəms Təbrizi
  • Güçün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir. Viktor Hüqo
  • Həyatımızdakı ən əhəmiyyətli şeylərin bir anda yox olub getdiyini görmənin ağrısından neçəmiz qurtulacaq? Yalnız bizim üçün çox əhəmiyyətli olan insanlardan deyil, düşüncələrimiz və xəyallarımızdan danışıram. Bir gün, bir həftə, bir neçə il daha dözə bilərik, amma əvvəl-axır itirməyə məcburuq. Bədənimiz sağ qalar, amma ruhumuz gec-tez ölümcül zərbəni alacaqdır...Ən qüsursuz cinayət budur. Həyata sevincimizi kimlərin öldürdüyünü, bunu hansı məqsədlə etdiklərini, günahkarların harada olacağını bilmirik. Paulo Koelyo
  • Xalqın əhval-ruhiyyəsi ilə həmişə heablaşmaq lazımdır. Bu, mənəvi ruhumuzun və özünü qurban verməyə hazır olmağımızın məcburiyyəti əhəmiyyətli dərəcədə dəyşə biləcək müharibəmizdə xüsusilə düzgündür. Corc Vaşinqton
  • Xalqın rəhbərliyə qatılmasında əhəmiyyətli bir vasitə olan münsif sistemi, eyni zamanda xalqın necə yaxşı idarə olunacağını vətəndaşlara öyrədər. Aleksis de Tokvil
  • İncəsənət naminə incəsənəti sevən insan ən böyük həzzi çox vaxt daha az əhəmiyyətli və parlaq təzahürlərindən alır. Artur Konan Doyl
  • İnsan əməyinin və yaradıcılığının tarixi insan tarixindən daha maraqlı və daha əhəmiyyətlidir. İnsan yüz il belə yaşamayıb ölür, amma onun əməli əsrlərlə yaşayır. Maksim Qorki
  • Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. Can Yücəl
  • Malı oğurlatmaq və ya itirmək o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətli olan bu hadisəni unuda bilməməkdir. Vilson Follet
  • Mənim üçün ən əhəmiyyətli olan şey ən əhəmiyyətli şeyin nə olduğunu xatırlamağımdır. Corc Uoker Buş
  • Musiqimi 20 il əvvəl ya da sabah etmiş olmam əhəmiyyətli deyil. Modaya görə dəyişmir. Altı ayda bir şalvarlarım daralıb genişləmir. Musiqim həmişə olduğum kimi qalır, mən onu elə sevirəm. Corc Harrison
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
  • Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim. Corc Soros
  • Özümü heç vaxt lider olaraq görmədim. Amma ən əhəmiyyətli insan olaraq bəlkə görmüşəm. Freddi Merkyuri
  • Pişiyin qara və ya ağ olmağı əhəmiyyətli deyil. Əhəmiyyətli olan onun siçanı tutmasıdır. Den Syaopin
  • Səni sevirəm demək deyil ki bacarıq, əhəmiyyətli olan o sözün bütün məsuliyyətlərini ala bilmək. Can Yücəl
  • Siqaret çəkmək öldürür, öldüyümüzdə həyatımızın əhəmiyyətli bir hissəsini itiririk. Brok Şilders
  • Süddən çıxanda bütün qaşıqlar ağdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ağ buraxmaqdır. Mövlana Cəlaləddin Rumi
  • Veriləcək heç bir şey təhsil qədər əhəmiyyətli və dəyərli deyildir. Abdulbari Gözəl
  • Yazılıdan sıfır aldım amma, əhəmiyyətli olan qatılmaq idi. Cem Yılmaz

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 219
  2. ganja-ih.gov.az. "Coğrafi mövqeyi" (azərb.). İstifadə tarixi: 2020-03-16.