Atom
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Atom bombası müharibənin qarşısını almaqda ən təsirli vasitə olduğu kimi, ölüm cəzası da cinayətkarlığın qarşısında sipərdir. Marqaret Tetçer
- Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur. Şarl de Qoll
- Atomun dərk edilməsi - uşaq oyununun tapmacalarıyla müqayisədə uşaq oyunudur. Albert Eynşteyn
B[redaktə]
- Belə olacağını bilsəydim, bir ayaqqabı təmirçisi olardım. (Hiroşima və Nagasakiyə atılan atom bombaları sonrasında verdiyi bildiriş). Albert Eynşteyn
- Bəşəriyyət atom kabusu içində ölməyəcək, öz tullantılarında boğulacaq. Nils Bor
- Böyüklüyümüz dünyanı yenidən qurmaq ( bu, atom əsrinin əfsanəsidir) imkanı ilə yox, özümüzü dəyişmək imkanı ilə bağlıdır. Mahatma Qandi
Ç[redaktə]
- Çağımızdakı ideologiyaların sonunu göstərən işarələri qeyd etməli. Atom bombası ideoloji baxımdan qadağandır. Alber Kamyu
E[redaktə]
- Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir. Albert Eynşteyn
H[redaktə]
- Həyəcanlanmış atom öz artıq enerjisini şüalandıraraq yenidən normal vəziyyətə keçdiyi kimi, ilhamlanmış sənətkar da bu ilhamın, hiss-həyəcanın daşıdığı enerjini öz yaradıcılığı ilə «şüalandıraraq» «normal” vəziyyətə keçir. Tur Xander
İ[redaktə]
- İki qadın birləşəndə dedi-qodu edər deyən kişi, başqa bir kişiylə baş başa verəndə atom altı parçacıqlarımı müzakirə edər? Can Dündar
K[redaktə]
- Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. Verner Heyzenberq
M[redaktə]
- Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər. Albert Eynşteyn