İrəli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılsızlıq mənim üçün çox cəzbedicidir (qidalandırıcıdır). O isə təlxəklikdən irəli gəlir. Salvador Dali
- Anam həmişə deyirdi: "İrəli getmək istəyirsənsə, keçmişi geridə qoymalısan". Forrest Qamp (film)
- Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
B
[redaktə]- Başqalarının boş yerə sərf etdiyi vaxtdan istifadə edən uğurlu adamlar irəli çıxırlar. Henri Ford
- Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo
- Bəşəriyyətin qarşısında duran ən çətin problem bizim təcavüzkar instinktlərimizdir. İbtidai icma dövründə sağ qalmaq üçün bu instinktlərin yaranması zərurət idi və Darvinin təbii seçimi ilə irəli sürülən genetik kod səviyyəsində başımıza damğalanmışdı. İndi sahib olduğumuz bütün nüvə silahları ilə birlikdə təkamülün bizi instinktlərdən xilas etməsini gözləyə bilmərik. Stiven Hokinq
- Bəziləri elə düşünürlər ki, Allah sərbəst səbəbdir. Çünki, onların fikrincə, Allah elə edə bilər ki, bizim dediyimiz kimi onun təbiətindən irəli gələn,yəni onun hakimiyyətində olan baş verməzdi, başqa sözlə desək, onun tərəfindən edilməzdi. Onların bu fikri ona bənzəyərdi ki, Allah elə edə bilər ki, üçbucağın təbiətindən irəli gələn, uç bucaqlarının iki düz xəttinə bərabərliyi alınmazdı, yaxud bu səbəbdən nəticə çıxmazdı. Bu, gülünc bir fikirdir. Benedikt Spinoza
- Bilikdə irəi gedən, amma əxlaqda geridə qalan irəli getməkdən çox geriyə gedir. Aristotel
- Birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma! Fridrix Nitsşe
- Biz hamımız qəlbimizin dərinliklərində həm doğuşdan, həm də uşaqlıqda bizə dəymiş zərərə görə taleyə və təbiətə incimək üçün əsasımızın olmasını hesab edirik və gənc yaşlarımızda mənliyimizə edilmiş təhqirə görə kompensasiya tələb edirik. Buna görə də, digər insanları saxlayan şübhə və qorxularla hesablaşmamaq istisnasına, hüququna iddia irəli sürülür. Ziqmund Freyd
- Böyük ixtiraçı dünyadan heç nə ummur, əksinə, öz kəşfləri ilə onu irəli aparır. Peter Hille
- Bütün həyatım boyu mənim əsas həzzim və yeganə məşğuliyyətim elmi iş və ondan irəli gələn həyəcan olub ki, o da mənim pis əhvalımı bir müddət unutmağa və ya tamamilə aradan qaldırmağa imkan vermişdir. Çarlz Darvin
Ç
[redaktə]- Çox vaxt qəzəbə düçar olmuş hökmdarlar öz tabeçiliyində olanların qəzəbinə tuş gəlib məhv olurlar. Cismani ləzzətlərə aludə olanlar düşmənlərin əlindən, pisliklərin və deqradasiyadan irəli gələn xəstəliklərdən məhv olurlar. Çanakya
D
[redaktə]- Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər… Həsən bəy Zərdabi
- Dini birlik, sosial birlik və siyasi birlik - barışımızın, böyüklüyümüzün və azadlığımızın möhkəm təməlləridir. İrəli İspaniya! Fransisko Franko
E
[redaktə]- Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür. Ziqmund Freyd
- Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan. Məhəmməd Əmin Rəsulzadə
Ə
[redaktə]- Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq.Culian Smit
- Əsl nəzakət insanlara xoş münasibətdən irəli gəlir. Jan Jak Russo
G
[redaktə]- Gülüş, müstəsna, yaxud təxmini müstəsna olaraq ondan irəli gəlir ki, o, ədəbsiz bir şeyi ədəbsizcəsinə ifadə edir, yaxud göstərir. Mark Tulli Siseron
H
[redaktə]- Hər yerdə öz müstəqilliyini saxlamaq olar. Bir adamı başqasının qabağında yaşadığın yer yox, xarakterin çatışmamazlığından irəli gələn fərqlənmək istəyi əyir. Rene Dekart
X
[redaktə]- Xalq geriyə gedəndə də ideal arxasınca qaçır və həmişə hansısa “irəli”yə inanır. Fridrix Nitsşe
İ
[redaktə]- İki növ cəfəngiyat var: biri hisslər və düşüncələrin çatışmazlığından irəli gəlir, sözləri əvəz olunur; digəri - hiss və düşüncələrin tamlığından və onları ifadə etmək üçün sözlərin olmamasından. Aleksandr Puşkin
- İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var. Əbu Turxan
- İnsanın irəli getməsi üçün daim zirvələrdə onun qarşısında şərəfli şücaət nümunələri olmalıdır... Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı qeyri-mümkündür. Ürəyi zəif olanlar üçün - naməlum. Düşüncəli və cəsurlar üçün - idealdır. Təcili ehtiyac var, tapşırıq böyükdür, vaxt yetişib. Qələbəyə doğru irəli! Viktor Hüqo
- İrəli baxmamış addım atma, geri baxmamış söz demə. Çeçen-inquş atalar sözləri
- İrəli çıxanı vurarlar. Yapon atalar sözləri
- İrəli gedən digərlərini də aparar. Yapon atalar sözləri
- İrəli getmək gözləməkdən yaxşıdır. Mustafa Kamal Atatürk
- İrəli getməmək, geriyə getməkdir. Latın atalar sözləri
- İrəli getsən, dağları aşacaqsan, otursan, öz çuxurundan başqa heç nə görməyəcəksən. Altay atalar sözləri
- İrəli! İrəli! Qorxularınıza qulaq asmayın! Corc Patton
Q
[redaktə]- Qəzəbi unudun. Belə ki, qəzəbdən irəli gələn məmnuniyyət bir neçə dəqiqədən sonra keçir. Nəticələr isə daha uzun davam edə bilər. Duyğularınızı dinləyin və qəzəb keçirdikdə, əks istiqamətdə bir addım atın. Barie Davenport
M
[redaktə]- Mənəviyyat insanlar arasında mövcud olan münasibətlər və bu münasibətlərdən irəli gələn vəzifələr haqqında elmdir. Pol Anri Holbax
- Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
N
[redaktə]- «Nəyin axtarışındayıq?» Problem ondadır ki, biz çox səbrsizik. İrəli getmək, bir nəticə əldə etmək istəyirik, ona görə də özümüzü incələməyə, nə də dərk etməyə vaxtımız var. Buna alternativ olaraq, müxtəlif fəaliyyətlərə daxil oluruq - pul qazanmağa, uşaqlarımızı böyütməyə çalışırıq. Özümüzdən o qədər uzaqlaşmışıq ki, özümüz haqda düşünməyə, özümüzü müşahidə etməyə, öyrənməyə vaxtımız yoxdur. Jiddu Krishnamurti
S
[redaktə]- Sovet ordusunda geri çəkilmək irəli getməkdən daha çox ürək istər. İosif Stalin
T
[redaktə]- Təbiətə heyranlığımız, şəhərlərin yaşanmazlığından irəli gəlməkdədir. Bertolt Brext
Y
[redaktə]- Yoldan irəli - yoldaş, evdən irəli - qardaş. Azərbaycan atalar sözləri/Y
İstinadlar
[redaktə]- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319