Problem
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
- Arxandan oynanan oyunları bilmədiyini sansınlar, Sən uşaqların beyin inkişafı üçün oyuna ehtiyac duyduqlarını bil, problem olmaz. Bob Dilan
B[redaktə]
- Bəşəriyyətin qarşısında duran ən çətin problem bizim təcavüzkar instinktlərimizdir. İbtidai icma dövründə sağ qalmaq üçün bu instinktlərin yaranması zərurət idi və Darvinin təbii seçimi ilə irəli sürülən genetik kod səviyyəsində başımıza damğalanmışdı. İndi sahib olduğumuz bütün nüvə silahları ilə birlikdə təkamülün bizi instinktlərdən xilas etməsini gözləyə bilmərik. Stiven Hokinq
- Biz insanların iki problemi var: birincisi nə vaxt başlamaq, ikincisi isə nə vaxt dayanmaq lazım gəldiyini bilməmək. Paulo Koelyo
C[redaktə]
- Cahillik həmişə bilikdən daha çox özünə inam daşıyır və yalnız cahil insanlar elmin heç bir zaman bu və ya digər bir problemi həll edə bilməyəcəyinə inamla təsdiq edirlər. Çarlz Darvin
D[redaktə]
- Dövrümüzün problemi artıq nə olduğumuzu kəşf etmək deyil, olduğumuz şeyi rədd etməkdir. Mişel Fuko
- Dünyanın bütün problemi, axmaqlar və fanatiklər bu qədər özündən əminkən, ağıllı insanların şübhələrlə dolu olmasıdır. Bertran Rassel
- Düşüncə tarixində yəqin ki, indiki dövrə tamamilə bənzəyən bir dövr olmamışdır. Hər yerdə mütəfəkkirlər iki şeyin şüurundadırlar, birincisi, sirr bölgəsi indiyə qədər heç vaxt bu qədər aydın şəkildə müəyyən edilməmişdir, ikincisi, bu bölgəyə indiyə qədər olduğundan daha asan daxil olmaq olar; buna görə də, bütün məktəblərin müstəntiqləri öz axtarışlarını qətiyyətlə davam etdirsələr, bəlkə də bəzi sirləri açmağa müvəffəq ola bilərlər. Həyatın və varlığın məlum faktlarını öyrənərkən qarşılaşdığımız problemlər, indiyə qədər olduğundan daha aydın tərifə həssasdır və suallarımızın cavabını bilməsək də, hələ də öz problemlərimizin həlli yollarını kəşf etməmişik. Problemlər, baxmayaraq ki, heç bir panacea (bütün çətinliklərin və ya xəstəliklərin müalicəsi və həlli) bizim əlimizdə hazır olmasa da, dünyanın xəstəliklərini müalicə edə bilərik, lakin onları müəyyən edə bildiyimiz həqiqət, sirrin hansı istiqamətə yönəldiyini göstərə biləcəyimizi və elmin, dinlərin və fəlsəfənin işığının əvvəllər qaranlıqlar diyarı hesab edilən geniş ərazilərə yayılması gələcəkdə uğurun təminatıdır. Müdriklərin və mistiklərin bir neçə dairəsi istisna olmaqla, biz beş yüz il əvvəlki vəziyyətdən daha çox şey bilirik; nə qədər təbiət qanunlarını kəşf etmişik, baxmayaraq ki, "şeylər olduğu kimi" (və mən bu sözləri çox qəsdən seçirəm) olması barədə biliklər sahəsində böyük irəliləyişlər əldə olundu, hələ də onları tətbiq edə bilmirik. Alisa Beyli
Ə[redaktə]
- Əgər problemi pulla həl eləmək olursa, demək bu problem deyil xərcdir. Yəhudi atalar sözləri
- Əgər problemi yaradan kimi düşünürsənsə, o problemi heç vaxt həll edə bilməyəcəksən. Albert Eynşteyn
- Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
F[redaktə]
- Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki problem onu dəyişdirməkdir. Karl Marks
- Fransızlar eşqin metafizik axtarış forması olduğunu başa düşdülər. İngilislər bunun santexnika problemi olduğuna inanırlar. Lorens Darrell
H[redaktə]
- Həyatımda kimsə yoxdur, amma problem deyil. Çünki sən eşqi adiləşdirənlərdən birisən, mənsə təkliyin haqqını verənlərdən. Bob Marli
- Həyəcan problemi vacib məsələlərin mərkəzi nöqtəsidir; həyəcan sirrləri açılarsa, insanın bütün psixiki həyatı normallaşacaq. Ziqmund Freyd
- Hökmdar bütün işləri tez həll etməli və onları təxirə salmamalıdır. Vaxtında həll edilməmiş və uzun müddətə təxirə salınmış problemi həll etmək çox çətindir. Çanakya
İ[redaktə]
- İnsan şüuruna yaradıcı başlanğıc xasdır və onun üçün həll edilməmiş istənilən problem əzabvericidir.O, hər hansı bir yarımçıq iş kimi, həyatı sağlam dərk edən bir insana rahatlıq vermir. Teodor Drayzer
K[redaktə]
- Kürd problemi hər kəsin problemidir.[1]
Q[redaktə]
- Qadın kapriz edib küsəyənləşirsə problem yoxdur. Problemin həllini axtardığını göstərər bunlar. Bil ki, əsl problem, susduqları zaman başlar. Çingiz Aytmatov
M[redaktə]
- Məhəbbətin əsas problemi məncə budur: xoşbəxt olmaq üçün insan sabahkı günündən əmin, aşiq olmaq üçün isə əksinə - qətiyyətsiz olmalıdır. Frederik Beqbeder
- Mən vəkilə həkimdən iki dəfə çox pul ödəyirəm. Çünki həkim məni dinləyib bir resept yazır və gedir. Ağrını, sancını mən tək çəkirəm. Amma vəkilimə dərdimi danışandan sonra sanki üstümdən ağır bir yük götürülür. Çünki danışdığım şey artıq vəkilin problemidir və bu problemi yalnız o həll etməlidir. Uinston Çörçill
- Müharibə heç bir problemi həll etmir; qalibiyyət elə məğlubiyyət kimi dağıdıcı təsir göstərir. Aqata Kristi
Ö[redaktə]
- Ölüm bütün problemləri həll edər, insan olmazsa, problem də olmaz. İosif Stalin
P[redaktə]
- Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. Dalay Lama
- Problem var, həlli yoxdur. Bunu hamı bilir. Gözlənilmədən, problemin həllinin olmadığını bilməyən birisi meydana çıxır və problemi həll edir. Albert Eynşteyn
S[redaktə]
- “Səhv” sözünü yığışdırın. Bunun əvəzinə dəqiqləşdirici sual verin və həmsöhbərinizə sizin də problemin həllində maraqlı olduğunuzu hiss etdirin. “Bu bizim gözlədiyimiz kimi olmadı. Gəlin problemi həll etmək yollarını düşünək və gələcəkdə bunun təkrarlanmasının qarşısını alaq,” demək “Sən səhv etdin. Bütün günahlar səndədir,” deməkdən qat-qat nəzakətli və faydalıdır. Larry King
T[redaktə]
- Tərk edilən birinə 'həyat necə gedir?' deyə soruşulmaz. Çünki tək problem həyatın davam edir olmasıdır. Pol Oster
Y[redaktə]
- Yalan, ola bilsin ki, bir problemi həll edə bilər. amma özü ilə daha yüz problem gətirər. Uilyam Porter