O. Henri
Görünüş
(Uilyam Porter səhifəsindən yönləndirilmişdir)
O. Henri | |||
Doğum tarixi | 11 sentyabr 1862 | ||
Doğum yeri | Qrinsboro | ||
Vəfat tarixi | 5 iyun 1910 | ||
Vəfat yeri | Nyu-York | ||
Dəfn yeri | Montford Area Historic District | ||
|
O. Henri (ing. O. Henry) təxəllüsü, əsl adı Uilyam Sidni Porterdir — 11 sentyabr 1862, ABŞ — 5 iyun 1910, ABŞ) — Amerika yazıçısı, qısa hekayələrin tanınmış ustası.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac ürək heç olmasa ildə bir dəfə xoşbəxtlik zərrəciyinə malik olmalıdır.
B
[redaktə]- Balıq dərin, insan isə yaxşı yer axtarır.
- Başqalarının eyiblərini ortaya atan adam öz eyiblərini nümayiş etdirmiş olur.[1]
- Başqasının cibindəki hər bir dolları o özü üçün təhqir sayırdı.
- Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin — bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan. Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq.
- Biz özümüz sevdiyimiz zaman "sevgi" sözü fədakarlıq və imtina ilə sinonimdir. Divar arxasında yaşayan qonşular sevəndə bu söz təkəbbür və həyasızlıq deməkdir.
D
[redaktə]- Dürüstlük və səmimiyyət həm kişilərin, həm də qadınların ən yaxşı bəzəyidir.
- Düşüncədə nizam-intizam olmasa, xaos yaranar.
E
[redaktə]- Eyham, qadın silahıdır və hər iki tərəf eyni taktikadan istifadə etdikdə boş yerə vaxt itirilir.
Ə
[redaktə]- Əgər kişilər qızların tək qalanda nə ilə məşğul olduqlarını bilsəydilər, o zaman heç kim, heç vaxt evlənməzdi.
- Əgər siz əmanət qəbul edib sonra on faiz ödəyirsinizsə, aydındır ki, siz xərcləri çıxmaqla balıq qarmağa ilişənə qədər doxsan faiz həcmində qanuni xalis mənfəət əldə edirsiniz.
- Əxlaqsız nəcabət qaşçız üzüyə oxşayır.
- Ən xoş hal- həmişə əsl həqiqəti sizə deyən dostlara malik olmaqdır.
- Əsl sevgi ilə müqayisədə pul sadəcə zibildir.
G
[redaktə]- Gələcəyi keçmişə görə mühakimə etməkdən başqa bir yol bilmirəm.
H
[redaktə]- Hekayə danışmaq məharəti, mövzuya aid olmayan hər cür şeylərə özünüzün ən dəyərli fikirlərinizi ifadə edənə qədər dinləyicilərin bilmək istədiklərini gizlətməkdir. Yaxşı bir hekayə şəkəri zahirdə yox, daxildə olan acı bir həbə bənzəyir.
- Hesablama evliliyi heç vaxt bir-birinə arxalana bilməyən insanların birliyidir.
- Həqiqi sevgi ilə müqayisədə pul sadəcə olaraq zibildir.
- Hər cür axmaq var, amma lütfən, adın çəkilənə qədər ayağa qalxma.
- Həyat göz yaşlarından, ah-vaydan və təbəssümdən ibarətdir. Ah-vay üstünlük təşkil edir.
X
[redaktə]- Xoşbəxtliyin hökm sürdüyü ev darısqal ola bilməz.
İ
[redaktə]- İlk baxışdan aşiq olmaq riskli bir şeydir. Çünki, ona qədər qız hələ oğlanın çek kitabçasını, oğlan isə qızı papilyotkada (saçları burmaq üçün işlədilən kağız lülə) görməyib.
- İnsan ömrünün dolğunluğu üçün yoxsulluğu, sevgini, müharibəni yaşamalıdır. Amma hamısını birdən yox.
- İnsanlar pis kompaniyaya iki halda qoşula bilərlər. Ciblərində bir qəpik olmayanda və varlı olanda.
K
[redaktə]- Kişilər qızların tək qalanda nə etdiyini bilsəydilər, heç kim evlənməzdi.
Q
[redaktə]- Qadın fokuslarından və hiylələrindən başı çıxan adam özünün incidilməsinə imkan verməz.
- Qadının gözünün altını qaralda bilərsən ki, səni möhkəm sevsin və bu sənin öz işindir. Amma onun etdiyi xahişi yerinə yetir.
- Qadının kişidən üstün olduğu yeganə şey vodevildə qadın rollarını oynamasıdır.
- Qadınların əksəriyyəti böyük uşaqlardır, kişilərin çoxu isə kiçik uşaqlardır.
M
[redaktə]- …Məgər bu dünyada kino ekranındakı kiçik dairədən və bu dairədə yanaşı gedən iki nəfərdən yaxşı bir şey varmı?
- Mənim xəstəm özünün dəfnindəki karetləri saymağa başlayanda mən dərmanın müalicəvi gücünün əlli faizini çıxıram.
- Məsələ seçdiyimiz yolda deyil, bizi bu yolu seçməyə məcbur edən daxilimizdədir.
N
[redaktə]- Nağd pulla bir dəqiqə də almaq olmaz.
- Nəzakətə nifrət etməklə cəmiyyətin bünövrəsindəki kərpicləri bərkidən sementi dağıdırsan.
O
[redaktə]- Onlar yeri parçalanmağ qoymayan bir qüvvənin- vərdişin qulu idilər…
- Onun ruhu istənilən zəncirləri qıra bilərdi. O, artıq qadağan olunmuş meyvənin dadını dadmış, lakin acılığını hələ dadmamış Həvva idi.
Ö
[redaktə]- Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər.
- Özlərini dünyadan və cəmiyyətdən təcrid edən insanlar əslində yaşamırlar.
S
[redaktə]- Seçdiyimiz yollardan asılı olmayaraq, mahiyyətimiz bizi eyni sona aparacaq.
- Sənəti sevəndə heç bir fədakarlıq çətin deyil.
- Söhbət bizim seçdiyimiz yoldan getmir; içimizdə olanlar bizi yolu seçməyə məcbur edir.
Ş
[redaktə]- Şirniyyatın bolluğu həddən artıq doymaya səbəb olur.
Y
[redaktə]- Yalan, ola bilsin ki, bir problemi həll edə bilər. amma özü ilə daha yüz problem gətirər.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər. Bakı, 2013. səh.50.