Məzmuna keç

Nəzakət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
  • Artıq nəzakət xoşbəxtliyə mane olur. Pyer Büast
  • Bir dostunuz yemiş bağçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir. Yapon atalar sözləri
  • Dostluğun zəiflədiyi yerdə təntənəli nəzakət güclənir. Uilyam Şekspir
  • Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır. Aleksandr Düma (ata)
  • Dünyada heç bir şey nəzakət qədər ucuz başa gəlmir və insanlar tərəfindən onun qədər yüksək qiymətləndirilmir. Miqel de Servantes
  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
  • İstədiyin məqsədə çatmaq istəyirsənsə, azdığın yol barədə nəzakətlə soruş. Uilyam Şekspir
  • Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki, bəziləri bunu görəndə sevgi zənn edir. Riçard Gere
  • Səbr və nəzakət birləşərsə, ondan güc və qüvvət doğar. Tomas Vilson
  • Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil. Oşo
  • Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz. Edmondo de Amikis.
  • Vərdiş, elə vərdişdir və onu pəncərədən ata bilməzsən. Onu gərək nəzakətlə, pilləkan pilləkan endirəsən. Mark Tven