Karpo Lope de Veqa

Vikisitat saytından
Jump to navigation Jump to search
Lope de Veqa

Karpo Lope de Veqa (25 noyabr 1562-27 avqust 1635) - İspan dramaturqu. İspan intibah ədəbiyyatının tanınımış yazarlarından biri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağa qulunun daha müdrik olduğunu başa düşdükdən sonra ona nifrət etməyə başlayır.
  • Ağıllı olan nə qadınları, nə dostu, nə də şüşəni sınamaz.
  • Allah bizi dost düşmənçiliyindən uzaq etsin!

B[redaktə]

  • Bütün sevgilərin sonunu gözləmək istəmirəm; çünki onların daha böyük nifrətlə nəticələndiyi şübhəsizdir. Əgər sonradan düşmən olacağıqsa, indi dostluqda razılaşmaq daha yaxşıdır; çünki təcrübə təhqir olmadan dayandırıldıqda, o, heç bir günah olmadan güvənlə və qorxmadan məhəbbətlə davam edə bilər.

G[redaktə]

  • Güc gücə, gözəllik isə hər şeyə qalib gəlir.

X[redaktə]

  • Xoşbəxtlik ümidi, aldatsa da, insanı heç vaxt incitməz, çünki həyatı asanlaşdırar.

İ[redaktə]

  • İdarə edən pis istirahət edir.

K[redaktə]

  • Keçilməz maneələr qədər heç nə sevgini gücləndirə bilməz.

Q[redaktə]

  • Qadına hörmət borcdur ki, hər bir səmimi insan doğulandan buna əməl etməlidir.
  • Qadının gücü ondadır ki, onu psixologiyanın köməyi ilə izah etmək olmur.
  • Qadınlar imtina edərək icazə verirlər.

S[redaktə]

  • Sevgini, pulu və qayğını gizlətmək mümkün deyil.
  • Sevginin qısqanclığın qapısına gizli açarı var.
  • Sevginin tam əksi heç də ayrılıq yox, qısqanclıq yox, unutqanlıq yox, hərislik yox, münaqişədir.

T[redaktə]

  • Təbiətdə sevgidən güclü başlanğıc yoxdur.
  • Təəccüblü deyil ki, bəzi müdriklərin fikrincə, qadınlar gözəlliklərinin yarısını dərzilərə borcludurlar.

U[redaktə]

  • Utancaq bir aşiq heç vaxt xoşbəxt olmur. Xoşbəxtliyin qiyməti cəsarətdir.

Y[redaktə]

  • Yaralı bir eşqə şəfa verin - dərman aldadıcıdır; unutmaq istəyirsən, daha çox xatirlayırsan.

İstinadlar[redaktə]