İnkar

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allahın varlığını inkar etmək insanı da inkar etmək deməkdir. Moris Meterlink
  • Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.[1] İmam Kazım

B[redaktə]

  • Baxışlarla hər şey demək olar. Buna baxmayaraq, baxışı inkar etmək də olar. Çünki, o, əvvəlki dəqiqliklə təkrarlana bilməz. Stendal
  • Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn? Rusiyaya mühacirət etməyi üstün tutardım. Avraam Linkoln
  • Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov

D[redaktə]

Ə[redaktə]

  • Əgər Onu bilsəydiniz başqasını inkar edər, sonra da Onun qeyrisini Onun vasitəsiylə bilərdiniz. Əbdülqədir Geylani
  • Ən böyük günah, ürəyinin həqiqətən hiss etdiyini inkar etməkdir. Boris Vian

H[redaktə]

  • Həkimləri tanımamağı savadlı, inkar etməyi isə savadsız insanlar da bacarar. Pyer Büast
  • Həqiqəti hər kim inkar edirsə, özü ziyan çəkir. Qalileo Qaliley
  • Həqiqətin iki növü var – inkar edilməsi mənasız olan adi həqiqət, bir də əks təsdiqi də dərin həqiqət olan dərin həqiqət. Nils Bor
  • Hər bir təyin bir inkar etmədir. Benedikt Spinoza

İ[redaktə]

  • İdealı inkar edən adam ola bilər ki, kobud bir şeyi gözəl hesab etsin. Yohann Volfqanq Göte
  • İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da. Aqata Kristi

Q[redaktə]

  • Qısqanclıq insan azadlığı ilə əlaqəli deyil. Qısqanclıqda bir mülkiyyətçilk və hökmranlıq instinkti var, amma alçalmış bir vəziyyətdə. Sevgi hüququnu qəbul etmək, qısqanclıq hüququnu ideallaşdırmaq yox, inkar etmək lazımdır...Qısqanclıq, insanın insana zülmüdür. Ən iyrənc qısqanclıq isə qadını zəhərli ilana çevirən qadın qısqanclığıdır. Vissarion Belinski

M[redaktə]

  • Mən eyni zamanda bir- birini inkar edən həm gözəl, həm də zərif xüsusiyyətə malik qadına rast gəlməmişəm. Salvador Dali
  • Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm. [2] Otto fon Bismark
  • “Müasir ideyalar” insanı- özündən son dərəcə narazı, məğrur bir meymun. Bu inkar edilməzdir. O əzab çəkir və onun şöhrətpərəstliyi istəyir ki, o “əzab çəksin”. Fridrix Nitsşe

Ö[redaktə]

T[redaktə]

  • Tarix bir millətin qanını, haqqını, varlığını heç bir zaman inkar edə bilməz. Mustafa Kamal Atatürk

Y[redaktə]

  • Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyyə etsək, onlar dahi olaraq böyüyərlər. Yan Komenski

Z[redaktə]

  • Zəkasını inkar edənin, əslində, böyük bir zəkası var. Karl Lessinq

İstinadlar[redaktə]

  1. ət-Tovhid, səh.407, hədis 5
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.317