Hədd
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
- Ağlın qiyməti yoxdur, tərbiyənin həddi. Adıgey atalar sözləri
- Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
B
[redaktə]- Bütün nemətlərin başlanğıcı və son həddi ağıldır. Epikür
C
[redaktə]- Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir. Həsən əl-Əskəri
D
[redaktə]- Daimi istəyin həddi-hüdudu yoxdur, çünki təmin etmək mümkün deyil. Qüstav Flober
Ə
[redaktə]- Əgər bir qadın utancaq deyilsə, onun cəsarətinin həddi yoxdur! Jül Vern
- Əgər mən insan ruhunun əbədiliyinə inanmağımla yanılıramsa, o halda həvəslə yanılıram və nə qədər ki, sağam, istəmirəm ki, mənə ləzzət verən yanılmamı məndən almasınlar. Əgər mən bəzi əhəmiyyətsiz filosofların düşündüyü kimi ölümdə də heç nə hiss etməyəcəyəmsə, o zaman ölmüş filosofların istehzasından niyə qorxmalıyam? Əgər bizə əbədilik bəxş edilməyibsə, o zaman ayrılan vaxtda ölmək bizim üçün daha yaxşıdır. Çünki, təbiət həyat üçün, eləcə də bütün başqa şeylər üçün bir hədd qoyur. Qocalıq isə həyat dramının son səhnəsidir. Mark Tulli Siseron
F
[redaktə]- Fikrin dibi yoxdur, sözün - həddi. Qırğız atalar sözləri
H
[redaktə]- Heç kim nə qidada, nə də içkidə həddi aşmamalıdır. Pifaqor
- Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz. Nəsirəddin Tusi
- Hər bir insan görə bildiyi və görə biləcəyi qədər işin qulpundan yapışmalıdır. Bu həddi, ölçünü aşan hər bir kəs isə kədərə qərq olur. Demokrit
- Hər şeydə, o cümlədən təvazökarlıqda da müəyyən bir hədd gözlənilməlidir. Anatol Frans
- Hər şeyi qədəri ilə et, həddi aşma. Pittak
İ
[redaktə]- İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd
- İnsan həyatına hədd qoyulub – sevginin isə həddi yoxdur. İxara Saykaku (Xirayama Toqo)
- İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az “kamil” olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd
- İnsan tələbatının həddi-hüdudu yoxdur. O heç zaman razı qalmayacaq və bu, onun ən yaxşı keyfiyyətidir. Maksim Qorki
K
[redaktə]- Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz. Məhəmməd
Q
[redaktə]- Qadınlarda orta hədd yoxdur: ya kişilərdən qat-qat pisdirlər, ya da qat-qat yaxşıdırlar. Jan de Labrüyer
- Qənaət ona deyilir ki, nəfs yemək, içmək, geyim və başqa şeyləri asan ələ gətirdikdə də onların sərf edilməsində müəyyən hədd qoya. Nəsirəddin Tusi
M
[redaktə]- Mülayimlik və yumşaqlıq tərifə layiqdir, ancaq ciddiliyin tətbiq edilmə həddi ilə. Mark Tulli Siseron
P
[redaktə]- Pisliyi öyrənməyin yaş həddi yoxdur. Karl Lessinq
S
[redaktə]- Səxavətin həddi var, əgər onu aşsalar ifrat olar. Həsən əl-Əskəri
- Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz. Qurani-Kərim
U
[redaktə]- Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr, çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s. xeyri olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-büluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar; o, içki məclislərinə aparılmamalıdır. Nəsirəddin Tusi
Y
[redaktə]- Yüngülfikirlilik müəyyən həddi aşanda çinayətə keçir.[1] Georq Vilhelm Fridrix Hegel
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.53