Materiya

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bəzən nəzakət deşici alətlər bükülmüş materiyaya bənzəyir. Pyer Büast
  • Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov

H[redaktə]

M[redaktə]

  • Mən Allahı bütün şeylərin transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “Teoloji-siyasi traktakt”ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər. (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr). Benedikt Spinoza
  • Mənə materiya və hərəkət verin, mən dünya yaradım. Rene Dekart

Ü[redaktə]

  • Ümumiyyətlə, insanlar cinsi məsələlərdə səmimi deyillər. Cinsi əlaqələrini açıq şəkildə nümayiş etdirmir, cinsi münasibətlər dünyasında sanki hava pis imiş kimi, "saxta" adlanan materiyadan tikilmiş qalın palto geyinərək onu gizlədirlər.[1] Ziqmund Freyd

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015