Məzmuna keç

Cəhd



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill
  • Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
  • Bədənim zəifləyib, taqətdən düşmüşəm, elə arıqlamışam ki, tanınmalı halım qalmayıb. Bilmirəm, əyin-baş, pul, ərzaq göndərməyə ehtiyac varmı... Yenə də cəhd edin.[1] Osip Mandelştam
  • Bəlkə çoxumuz fikir vermirik, ancaq Nimet Başın açıqlaması ilə bu ölkədə yeni dövr başladı. Bir inqilab baş verdi. İlk dəfə əskər sorğulandı və ən əsası bundan sonra dövlət çevirilişinə cəhd edənlərə mesaj yollandı: yoldaşlar, etsəz cavabını verərsiz. Sizdən soruşmaq istərdim. Bundan 10 il əvvəl bu cür komissiya qurula bilərdi və orada suallar verilə bilərdi mi? Nə vaxt bu sualı versəm "Susurluk Komissiyası" yadıma düşür. Komandirlər "Bizi nə haqla çağırırsız?" deyə dəvətnamələri geri qaytardıqları günləri xatırlayıram. Məmməd Əli Birand [2]
  • Biliksiz cəhd, işıqsız od kimidir. Alman atalar sözləri
  • Bir-birinə iki əks vəziyyət insanları avaraçılığa sövq edir: onlardan biri malik olduğumuza görə kifayətləndiyimiz səmimi sakitlikdir, ikincisi isə məmnunluğu hiss etməyə imkan verməyən doymaz şəhvətdir. Arzusu, istəyi olmayanla istədiyini ala bilmədiyini bilən eyni tərzdə hərəkətsiz olur. Hərəkət etmək üçün bir şeyə cəhd etmək və ona nail olmaq lazımdır. Jan Jak Russo
  • Bir məşuqənin ən böyük üstünlüyü ondan ibarətdir ki, onunla istənilən mövzuda danışa bilərsiniz. Xanımınızla məşuqənizin çatışmazlıqlarını danışmağa cəhd edə bilərsinizzmi? Qabriel Laub
  • Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
  • Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
  • Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et![3] Con Uilks
  • Böyük ağılın şöhrətpərəstliyi ən yaxşı halda neqativdir. O mübarizə aparır, çalışır, yaradır ona görə yox ki, üstünlüyə cəhd edir, ona görə ki, özünü üstün hiss edir, üstələnməsinə isə dözə bilmir. Edqar Allan Po
  • Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "Bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" Artur Şopenhauer
  • Cəhd çarıq yırtar, iş odur haqqa vara. Azərbaycan atalar sözləri/C
  • Cəhd elə dost qazan, düşmən ocaq başında. Azərbaycan atalar sözləri/C
  • Cəhd eləyən - var qazanar, tənbəl elə kasıb qalar. Tai atalar sözləri
  • Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma. Mir Möhsün Nəvvab
  • Cəhd eylə o kəslərlə çalış, badəni qaldır,
    İnsan kimi zövq artıra məstanələr içrə. Əliağa Vahid
  • Cənnətə getmək üçün komanda yığın və kömür götürmək üçün cəhənnəmdə iki saat yarım dayanmağa cəhd edin. Əgər hansısa bir it oğlu sahildə qalmaycaqsa, mənə lənət olsun. Mark Tven
  • Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir. İbn Sina
  • Dostlarla münasibətdə onlara bacardıqları şeyi etməyi məsləhət gör, ədəbi gözləyərək onları xeyirxahlığa apar, müvəffəqiyyət qazanmaq ümidi olmayan yerdə hərəkət etməyə cəhd etmə. Özünü alçaldıcı vəziyyətə salma. Konfutsi
  • Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar. Mark Tven
  • Düşməninə etibar edən, hər an yıxılmaq ehtimalı olan, ağacın budaqlarında yuxulamağa cəhd edənə bənzəyir. Çanakya
  • Ədalətin təbiəti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birtərəfli olmasın, haqsızlığa yol verilməsin, artıq-əskiklik baş verməsin, üzr gətirilməsin. Nəsirəddin Tusi
  • Əgər böyük insan olmaq istəyirsənsə, kimisə tərifləməməli, aldatmamalı, ölkənin əsl hədəfini bilməli və bu hədəfə can atmalısan. Hamı sənə qarşı olacaq, hər kəs səni dayandırmağa cəhd edəcək. Amma sən bunlara qarşı olacaqsan. Onlar sənə qarşı saysız-hesabsız maneələr yaradacaqlar. Sən bu maneələri heç kimdən kömək almadan, özünü böyük yox, miskin, zəif, köməksiz hesab edərək, yalnız özünə inanaraq dəf edəcəksən. Əgər bundan sonra sənə böyük insan desələr, sən onlara güləcəksən. Mustafa Kamal Atatürk
  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
  • Əlinizin çatmadığı hüdudlardan kənarda olan şəri aradan götürməyə cəhd etməyin, yoxsa həm vaxt itirəcəksiniz, həm də nüfuzdan düşəcəksiniz. Teodor Ruzvelt
  • Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. Tomas Edison
  • Hazıra nazil ol, amma ondan da yaxşısına cəhd elə. Sokrat
  • Heç bir halda düşmənlərinizlə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bu davranışla siz onlara yox, özünüzə daha çox zərər yetirə bilərsiniz. Deyl Karnegi
  • Heç nə bilməyib öyrənmyə də cəhd etmək istəməyən çox pis insandır. Çünki, onda iki qüsur birləşib. Platon
  • Hesabını verə bilməyəcəyiniz işlər etməyə cəhd etməyin.. Çünki o biri tərəfdə qab-qacaq yudurtmullar. İlhan Bərk
  • Həqiqət və Biliyi hakim etməyə cəhd edənlər allahların gülüşünə səbəb olacaq. Albert Eynşteyn
  • Hər bir şeydən özünü saxlamağa cəhd göstərmək lazımdır. Bu cəhdlərdən ən çətini isə dili saxlamaqdır. O ən lazımlıdır. Lev Tolstoy
  • Hər şeyi birdən etməyə cəhd hər bir şey etmək deməkdir. Qeorq Kristof Lixtenberq
  • İlk atlama atlama deyil (Buraxılan ilk cəhd əslində sayılmır, qollarınızı yuvarlayıb yenidən cəhd etməlisiniz.) Haiti atalar sozləri
  • İnsan məcbur olduğu üçün (ciddi olaraq) ən yüksək çatmağa cəhd göstərirsə və istəyəndə də (zarafat olsun deyə) ən aşağıya enirsə, ancaq o vaxt çox yönlüdür. Yohann Volfqanq Göte
  • İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir. Maksim Qorki
  • İnsanlar arasından ən pis insan cəhd göstərməyən insandır. Abay Kunanbayev
  • Kasıbın zəngin bir adamı mühakimə etməsi balqabaqla daş sındırmağa cəhd göstərməsi deməkdir. Efiopiya atalar sözləri
  • Kim istəmirsə, ona heç min cəhdin də köməyi olmaz; kim istəyirsə, bir cəhd bəs elər. İndoneziya atalar sözləri
  • Kişilərin əksəriyyəti skripka çalmağa cəhd edən oranqutanları xatırladır. Onore de Balzak
  • Qadın kişinin ruhunu oyatmalı, xoş ehtiraslar alovlanlandırmalı, kişinin yüksək və böyük işlərə cəhd etmək hissini gücləndirməlidir. Qadının təyinatı məhz budur və o, böyük və müqəddəs bir təyinatdır. Vissarion Belinski
  • Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
  • Sevdirməyə cəhd etmə özünü, sevilməyə tərk et. Çarlz Bukovski
  • Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo
  • Ulu bir insanın süfrəsi başında, ona qarşı pis gümanda olmaq, hərisliyə cəhd etmək bir təhqirdir. Mövlana Cəlaləddin Rumi
  • Yazmaq üçün bilik, məqsədə çatmaq üçün cəhd lazımdır. Monqol atalar sözləri
  • Yeganə sadiq dost olmağa cəhd göstərmək böyük səhvdir. Jül Renar
  • Yеnilməz və rəhmsiz düşmənlə rаzılаşmаğа cəhd еdərkən gücə аrxаyın оlmаyın. Yаxşısı budur ki, оnu dаhа güclü vаsitələrlə rаm еdəsiniz. Atilla

İstinadlar

[redaktə]
  1. Mandelştamın son məktubundan
  2. [1]
  3. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.51