Tomas Edison
Jump to navigation
Jump to search

Tomas Alva Edison - (11 fevral 1847 - 18 oktyabr 1931) - dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir.
- Biz heç bir şeyin milyonda birini belə bilmirik.
- Bizim ən böyük çatışmazlığımız odur ki, hər şeydən tez əl üzürük. Uğura getməyin yolu isə hər dəfə yenidən cəhd etməkdir.
- Bütün incillər insan istehsalının nəticəsidir.
C[redaktə]
- Cəsarətimi itirmirəm, çünki imtina hər səhv cəhdinin doğru atılmış yeni birr addımdır.
D[redaktə]
- Dahiliyin yüzdə biri ilham, yüzdə doxsan doqquzu tərdir.
- Düha on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir.
- Düşünmədən danışmağın cəzası sonradan düşünməyə məhkum olmaqdır.
E[redaktə]
- Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.
Ə[redaktə]
- Əgər edə biləcəyimiz hər şeyi etsəydik, sözün tam mənasıyla özümüzə heyrət edərdik.
- Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir.
H[redaktə]
- Heç bir şeyin yüzdə birinin milyonda birini belə bilmirik.
- Heç yanılmadım, 10000 işə yaramayan yol tapdım.
- Hər şey üçün zaman vardır.
- Həyatda mövcud uğursuzluqların səbəbi; bacaracaqları halda, uğura az qalmış bir zamanda istəklərindən imtina edən insanlardır.
- Həyatın ən böyük səhvləri, müvəffəqiyyətə nə qədər yaxınlaşdıqlarını bilməyən insanların imtina etmələrinə görə olar.[1]
- Həyatın uğursuzluqlarının çoxu, imtina etdikdə uğura nə qədər yaxın olduqlarını dərk etməyən insanlara aiddir.
K[redaktə]
- Konsentrasiya, bezginlik duymadan fiziki və zehni enerjini tək bir nöqtəyə davamlı tətbiq qabiliyyətidir.
M[redaktə]
- Məğlubluğun səbəbi, insanların işi yarıda buraxdıqlarında, müvəffəqiyyətə nə qədər yaxın olduqlarını bilməmələridir.
- Mən heç zaman təəssüf hissi yaşamadım. Mən sadəcə 10. 000 üsul tapdım ki heç biri bir işə yaramırdı.
- Mən işləməyi özüm üçün həm də əyləncə saymışam.
- Mən məndən əvvəlkinin buraxdığı yerdən başladım.
- Mən yaxşı bir süngərəm başqalarının istifadə etmədiyi fikirləri istifadə edirəm.
- Möhkəm bir işin yerini heç bir şey ala bilməz. Dahilik yüzdə bir ilham və yüzdə doxsan doqquz tərdir.
N[redaktə]
- Narahatlıq narazılıqdır və narazılıq tərəqqinin ilk zərurətidir. Mənə tam razı insan göstər, mən də sənə uğursuzluğu göstərim.
Ö[redaktə]
- Ömrün qısalığından gileylənsək də, həmişə illəri tələsdiririk, Uşaq ikən tez böyümək, məktəbdə ikən işləmək, işlərkən tez mənsəbə çatmaq, sonralar isə təqaüdə çıxmaq haqqında fikirləşirik.
S[redaktə]
- Sivilizasiyanın ən böyük xidməti insana düşünməyi öyrətməkdir.
- Sizin keçmişlə işiniz bitmiş ola bilər, amma keçmişin sizlə işi əsla bitməmişdir.
Y[redaktə]
- Yarısını yedikdən sonra əlimizdə bütün bir alma qalmayacağı kimi, zidd tərəflərdən biri olmadan digəri də ola bilməz.
- Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin.
- Yetmiş yaşına gəlmiş insan bir iş görmədiyi gün ölümə məhkumdur.[2]
- Yorğunluq narazılıq gətirər. Narazılıq inkişaf üçün lazımlıdır.