Məzmuna keç

Efiopiya atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağa yanından keçəndə, ağıllı kəndli dərin baş əyər və səssizcə köpünü çıxardar.[1]
  • Ağac necədirsə, budaqları da elədir.[2]
  • Bəbirin gözü keçiyə, keçinin gözü üzümə tikilmişdir.
  • Bir öküzdəsə iki öküz yaxşıdır, iki eşşəkdənsə, bir eşşək yaxşıdır.
  • Dərdini gizlədənin dərmanı olmaz.
  • Doxsan yaşında sağlamlıqdan söhbət gedə bilməz.
  • Düşmən hücum edəndə, nizələr döyüşə hazır olmalıdır.
  • Əgər çay quruyarsa, balıqlar yoxa çıxar.
  • Əgər insanlar birləşərsə, aslanı da dayandıra bilərlər.
  • Əgər sülh pozularsa, vasitəçiyə gedərlər.
  • Gələn ilin cücəsindəsə, bu ilin yumurtası yaxşıdır.
  • Xəstənin həkimi çox olanda o ölür.
  • İnəyə onun buynuzları ağırlıq eləmir.
  • İyunda əkməsən, oktyabrda biçməyəcəksən.
  • Kasıbın zəngin bir adamı mühakimə etməsi balqabaqla daş sındırmağa cəhd göstərməsi deməkdir.
  • Kələmi südlə birlikdə yemirlər.
  • Kim sənin düşmənlərini sevirsə, o, səni sevmir.
  • Qaranlıq zamanı işıq, bədbəxtlik zamanı ağıl lazımdır.
  • Qəhvə və sevgi isti olanda daha dadlıdır.
  • Qonaq əvvəlcə qızıla, sonra gümüşə, daha sonra dəmirə bərabərdir.
  • Meymunlar arasında gözəl axtarmazlar.
  • Oğru ilə birlikdə onun müdafiəçilərini də döymək lazımdır.
  • Pis xəbərlər uçur, yaxşı xəbərlər yatır.
  • Süvarilər geri çəkiləndə piyadalardan nə gözləmək olar?
  • Torpaq - ana, toxum - atadır.
  • Uzaq qohumdan yaxın qonşu yaxşıdır.
  • Yaşamaq - mübarizə aparmaq deməkdir.

İstinadlar

[redaktə]
  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.124
  2. Золотая земля. Сказки, легенды, пословицы, поговорки Эфиопии. — М.: Издательство восточной литературы, 1960. — 278 с. — С. 261-270. — Тираж 30000.