Məzmuna keç

Əliağa Vahid

Əliağa Vahid
Doğum tarixi 17 fevral 1895
Doğum yeri Bakı
Vəfat tarixi 1 oktyabr 1965
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

Əliağa İsgəndərov (1895–1965) — Azərbaycan-sovet şairi, qəzəlxanı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Cəhd eylə o kəslərlə çalış, badəni qaldır,
    İnsan kimi zövq artıra məstanələr içrə.
  • Ey vətən övladı, bir an vermə fürsət düşmənə!

Qəhrəman zərbənlə göstər dərsi-ibrət düşmənə.
Qoy alov yağsın tüfəngindən, topundan cəbhədə,
Eylə öz dünyasını qəhr ilə zülmət düşmənə.

  • Gəzmə bundan belə biganə ilə, qorxum odur,
    Bivəfa söyləyib aləm, sənə dünya gülsün.
  • Hər aşiqə öz istədiyi yarı gözəldir,
    Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
  • İlqarı gözəl olmayanı istəməz aşiq,
    Can ver elə cananə ki, ilqarı gözəldir.
  • Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
    Nöqsan yetirər şənüvə biganələr içrə.
  • Musiqi qəm dağıdır, zövq verir insana,
    Dərk qılmaz bunu onlar ki, səfalətləri var.
  • Öz xəlqinə hər kim mey içib versə əziyyət,
    Olsun yeri bayquş kimi viranələr içrə.
  • Vəsli-yari sevən aşiq gərək hicrinə dözə,
    Dözməyən yarinin hicranına – çıxsın getsin.
  • Zahirin düz görünsə də amma,
    İçərin əyridir minarə kimi…[1]

Xarici keçidlər

[redaktə]

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997. səh.23