Tam
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı. Oskar Uayld
- Bəzi insanlar, onları dinləmədiyim üçün mənə hirslənirmişlər deyəsən. Ya da elə bir şey idi, tam dinləmədim. Bob Dilan
- Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
- Biri danışmasına başlarkən vəziyyət sandığın kimi deyil ifadəsi istifadə edirsə vəziyyət tam da sandığınız kimidir. Bob Dilan
- Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram. Alber Kamyu
- Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər. Bencamin Franklin
C
[redaktə]- Cəhalət xoşbəxtlikdir, amma tam xoşbəxtlik üçün o qədər dərin olmalıdır ki, özü haqqında şübhələnməsin. Edqar Allan Po
D
[redaktə]- Dünya ilə tam olmaq üçün onu sevmək lazımdır, çünki ancaq sevgi bütövləşdirir. Əbu Turxan
- Dünyanı dərk edə bilmək üçün əvvəlcə insan dünya ilə bir tam halına gəlməlidi. Əbu Turxan
E
[redaktə]- Eşitdiyimə görə bəzi insanlar, onları dinləmədiyim üçün mənə hirslənirmişlər deyəsən. Ya da elə bir şey idi, tam dinləmədim. Bob Dilan
Ə
[redaktə]- Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. Aleksandr Hamilton
- Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
H
[redaktə]- Həqiqətin yarısını öz gücünə bilmək, onu tam halda başqalarının sözləri ilə öyrənib tutuquşu kimi əzbərləməkdən yaxşıdır. Romen Rollan
İ
[redaktə]- İnsan elə yaradılıb ki, həmişə başqalarından kömək tələb edir. Hər bir insanda başqalarında olmayan nə isə var. Hər bir insanın əsəbləri başqasının əsəblərindən daha həssasdır. Yalnız dostcasına bir-birini başa düşmək və qarşılıqlı kömək istənilən predmeti hərtərəfli, tam aydınlıqla görməyə imkan verər.Nikolay Qoqol
- İnsan heç vaxt tam haqlı, nə də tam günahkar olmur. Nikolay Qoqol
Q
[redaktə]- Qadın kişinin əsiri deyil; can yoldaşı, dəstəyi, talelərinin və sevinclərinin tam mənada ortağıdır. Mahatma Qandi
- Qoy bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanıması...İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər. Bencamin Franklin
M
[redaktə]- Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir. Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır. Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm. Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər. Oskar Uayld
- Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
- Misallarla sübut olunan bir şeyi, tam olaraq sübut olunmuş hesab etmək olmaz. Qotfrid Leybnis
- Musiqi sevməyənə insan demək olmaz: onu sevən insan ancaq yarımdır; musiqi yaradansa tam insan. Yohann Volfqanq Göte
- Mühakimə içərisində məhkəmələrin tam müstəqilliyi konstitusiya içərisində zəmanət altına alınmalıdır. Aleksandr Hamilton
N
[redaktə]- Nə qədər ki, hamı azad deyil, heç kəs özünü tam azad saya bilməz. Nə qədər ki, hamı xoşbəxt deyil, heç kəs özünü tam xoşbəxt saya bilməz. Nə qədər ki, hamı əxlaqlı deyil, heç kəs özünü tam əxlaqlı saya bilməz. Henrix Mann
- Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsən. Sun Dzı
O
[redaktə]- Ola bilsin ki, dostluğu tam qiymətləndirmək üçün əvvəlcə sevgi yaşamaq lazımdır. Nikola Şamfor
S
[redaktə]- Səhvimiz çox zaman – tam səadətimizdir. Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur. Qüssə və ağrılarında sonu olmur. Evripid
Y
[redaktə]- Yaxşı bir arvadınmı olmasını istəyirsən? Elə isə tam bir ər ol! Yohann Volfqanq Göte
- Yüz növ şeyi yarım bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirir. Yohann Volfqanq Göte
İstinadlar
[redaktə]- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319