Müvəffəqiyyət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
- A-nı həyatda müvəffəqiyyət olaraq təyin edək, o zaman A = X + Y + Z' dir; X çalışmaq, Y oyun, Z isə susmağı bilməkdir. Albert Eynşteyn
B
[redaktə]- Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. Birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. İnsanlara nə istədiklərini soruşsaydım, daha sürətli gedən at düzəldərdim. Henri Ford
- Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. ABŞ atalar sözləri
C
[redaktə]- Cəldlik müvəffəqiyyətin anasıdır. Baltazar Qrasian
Ç
[redaktə]- Çətinliklər müvəffəqiyyətin dəyərini artıran bəzəklərdir. Molyer
H
[redaktə]- Harada şeytan müvəffəqiyyətsizliyə uğrasa oraya qadın göndərərlər. Rus atalar sözləri
- Heç bir müvəffəqiyyəti qəbul etməyin, dünəni də sabaha məhkum etməyin. (Arsenalla final matçından əvvəl, 2000) Fatih Terim
- Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmamışdır. Konfutsi
- Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir. Mark Tven
K
[redaktə]- Kimdə olursa olsun, azca səmimiyyət bir müvəffəqiyyət üçün köməkçi ola bilər. Fətullah Gülən
M
[redaktə]- Müvəffəqiyyət asan əldə edilir, çətin olan müvəffəqiyyətə layiq olmaqdır. Alber Kamyu
- Müvəffəqiyyət bir müvəffəqiyyətsizlikdən digərinə həvəsinizi itirmədən gedə bilməkdir. İngilis atalar sözləri
- Müvəffəqiyyəti mükafatlandırmaq lazımdır. Ceyms Uotson
- Müvəffəqiyyətin sirri, məşğul olduğun mövzuya hakim olmaqdır. Bencamin Dizraeli
- Müvəffəqiyyətin sirrini bilmirəm, amma müvəffəqiyyətsizliyin yolu hər kəsi xoşbəxt etməyə çalışmaqdan keçər. Bill Kosbi
- Müvəffəqiyyətin və pulun zamanı gənclikdir. Oskar Uayld
O
[redaktə]- Oturaraq müvəffəqiyyətə çatan tək varlıq toyuqdur. Oldos Haksli
S
[redaktə]- Sağlam olmaq, həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir. Əhməd Midhət
- Səndən soruşsalar ki, müvəffəqiyyətin açarı nədədir? de ki özü-özünlə yola getməkdə. Pifaqor
Y
[redaktə]- Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir. Andre Jid