Mahiyyət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
B
[redaktə]- Bəzən uzun çəkən ayrılıq məhəbbətin bütün mahiyyətini itirir. Anna Bartkulaşvili
- Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
Ç
[redaktə]- Çiçəklənmə, şeylərin mahiyyətini dərk etməyə cəhd göstərməyəndən yan keçir. Çanakya
D
[redaktə]- Dinclik ona deyilir ki, Allahın sirri, ruhların mahiyyəti haqqında müxtəlif rəylər çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc otura, şirin dil töküb, gah o tərəf, gah bu tərəfə meyl etməyə (tərəddüdə yol verməyə). Nəsirəddin Tusi
E
[redaktə]- Elm mahiyyət etibarilə həqiqət axtarışıdır. Fransua de Laroşfuko
- Elm öyrənməyin və bilik əldə etməyin mahiyyəti hisslərinizi idarə etmək bacarığı əldə etməkdir. Çanakya
- Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan.[1] Georq Vilhelm Fridrix Hegel
Ə
[redaktə]- 50 yaşdan sonra insanın üzündə yaşı yox, mahiyyəti yazılır. Alla Puqaçova
H
[redaktə]- Həddindən artıq heyrətlənmə. Mahiyyəti təhrif etməmək və ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir. Baltazar Qrasian
- Həqiqətin mahiyyətini fantastik olan şey təşkil edir. Fyodor Dostoyevski
- Hər bir dövlət quruluşunda vətəndaşın mahiyyəti dəyişir. Aristotel
- Hər bir inamın mahiyyəti ondan ibarətdir ki, o, həyata elə bir məna verir ki, ölüm onu məhv edə bilmir. Lev Tolstoy
- Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az-az tapılır, nadir olur. Çox olan şeyin qiyməti də aşağı olur. Universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç nəyi axıra kimi bilmirlər. Baltazar Qrasian
- Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyəti ilə uzun müddət kifayətlənə bilsin. Jorj Sand
X
[redaktə]- Xoşbəxt həyatın mahiyyətini ruh yüksəkliyində görürəm. Mark Tulli Siseron
İ
[redaktə]- İnsan həyatının zamanı andır, mahiyyəti əbədi axın, hissi tutqun, bütün bədəninin quruluşu fani, ruhu qeyri-sabit, taleyi müəammalı, şöhrəti şübhəli. Bir sözlə, yuxu və tüstü kimi ruha aid olan axın kimi, ona aid olan hər şey. Həyat, qürbətdə mübarizə və səyahətdir. Ölümdən sonrakı şöhrəti unutmadır. Amma nə yola çıxara bilər? Mark Avreli
- İnsan varlığının əsasını ətraf aləm haqqında bilik təşkil edir, onsuz mənalı və mənalı bir həyat mümkün deyil. Şeylərin daxili mahiyyətini, eləcə də onların kainatdakı bir-biri ilə əlaqəsini dərk etməyə can atmaqla insan öz varlığını əldə edir. Yalnız bu yolla o, öz taleyini – sözün tam mənasında kişi olmağı bacara bilər. Buna görə də ona həyat verildi. Əli Abşeroni
- İnsana nə üç arşın torpaq, nə də malikanələr lazım deyil, ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini meydana çıxara bilsin. Anton Çexov
- İnsanın mahiyyəti onun arzularında təzahür edir. Spinoza
- İnsanın mahiyyəti yaradıcılıqdır. Onun daxili aləmi məhz yaradıcılıqda daha aydın məlum olur. Romen Rollan
- İnsanlar kimi evlərin də onların daxili mahiyyətini əks etdirən ruhları və sifətləri var. Aleksandr Düma (ata)
- İntellektuallıq və ya təmsilçilik, hər şeyin mahiyyətini daşıya biləcək qədər çox zəif, ikinci, səthi bir fenomendir. Amma Fixte öyrətdiyi kimi, dünya intellektdə təmsil olunsa da, amma ondan irəli gəlmir. Artur Şopenhauer
Q
[redaktə]- Qanunun mahiyyəti insansevərlikdir. Uilyam Şekspir
M
[redaktə]- Mahiyyət kimdən doğulduğunda yox, kiminlə yaşamağındadır. Miqel de Servantes
- Mahiyyət və tərz. İşin mahiyyəti — onun yarısıdır. İşin nə cür görülməsi az əhəmiyyət kəsb etmir. Kobudluq hər şeyə, hətta ədalət və düşüncəyə də ziyan vurur. Lütfkarlıq hər şeyi bəzəyir, «yox» sözünü yumşaldır, həqiqəti şirinləşdirir. Gülərüzlük müvəffəqiyyətin rəhnidir. Baltazar Qrasian
- Məhəbbətin həqiqi mahiyyəti ondan ibarətdir ki özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan. Georq Vilhelm Fridrix Hegel
- Mən musiqiyə qulaq asanda mənə elə gəlir ki, bütün insanların, eləcə də mənim həyatım hansısa əbədi ruhun yuxusunun mahiyyəti, ölüm isə oyanışıdır. Artur Şopenhauer
- Mən şöhrətin ən pik nöqtəsindəydim, daha sonra uğursuzluğu da hiss elədim və anladım ki, mahiyyət olaraq bunlar eyni şeydi. Anna Axmatova
- Məsuliyyət - həyata dərinlik qazandıran, idrak səviyyəsini sonsuzluğa götürən və bəşəri həqiqətlərin sadəcə zahiri qismiylə məşğul olmasından daha çox, mahiyyətini yaşadan səmavi dəyərdir. Füyuzat jurnalı
- Mifologiya, insanların ətraf aləmdə baş verən və mahiyyətini anlaya bilmədikləri hadisələri izah etmək üçün onların haqqında bəsit düşüncə ilə obrazlı şəkildə uydurduqları fantastik hekayələrdir.[2] Ziya Bünyadov
- Müəllimliyin mahiyyəti öyrənməni cəlbedici etmək, bu fikrin başqa bir fikrə təsiri ilə qığılcım effekti yaratmaqdır. Marva Collins.
- Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
- Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. Əbu Turxan
N
[redaktə]- Nitqin yaxşı, gözəl olması üçün natiq nə dediyinin mahiyyətini dərk etməli deyilmi? Platon
O
[redaktə]- Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. Tur Xander
R
[redaktə]- Respublika idarəçilik formasının mahiyyəti insanın qüsurlarına qarşı mübarizə aparmaqdır. Marqaret Tetçer
S
[redaktə]- Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur.[3] Ziqmund Freyd
Ş
[redaktə]- Şeytan hər şeyin mahiyyətini mükəmməl bilir, həm zəkasının itiliyi, həm də uzun təcrübəsinə görə cin də adlandırılır, yəni bilən, O, təsiri altındakı insanın zəifliyindən istifadı edərək onu zövqə və bütün digər istəklərə ən asanlıqla təhrik edə bilir. Piter Abelard
T
[redaktə]- Tarix hadisələrə açıq fikirlə və təmkinlə yanaşmalıdır. Əks təqdirdə, o, dəhşətə gələcək və öyrənməyə götürdüyü şeyin əsl mahiyyətini başa düşməyəcək. Alfons de Lamartin
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.125
- ↑ MİFLƏR VƏ MİFUYDURANLAR
- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015