Varlıq

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya. Nəsirəddin Tusi
  • Allah qatında insandan üstün heç bir varlıq yoxdur. Məhəmməd
  • Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
  • Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. Mövlana Cəlaləddin Rumi
  • Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
  • Ancaq insan öz mənasını varlıqda tapır, varlıq da öz bütövlüyünü və mənasını insanda tapır. Haydegger
  • Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
  • Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar. Şarl Lui Monteskyö

B[redaktə]

  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust

B[redaktə]

  • Belində toxum daşıyan qarışqaya işgəncə etmə, çünki o varlıq canlıdır və həyat onun üçün də şirindir. Əbülqasım Firdovsi
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Bu dünyada kim hüzur istəməz ki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar. Oşo
  • Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə tərzi də tək bir varlıq tərəfindən həyata keçirilir. Tomas Mor

D[redaktə]

  • Dünyada ən çox heyrətləniləcək bir şey varsa, o da bu inkardır. Çünki kainatın varlıqlarındakı həddis intizamlar və hikmətləriylə, varlıq və vəhdətinə şahidlər olduğu halda; onu görməmək, bilməmək, nə dərəcə korluq və cəhalət olduğunu ən kor cahil də anlar. Səid Nursi

E[redaktə]

  • Eşqin eynəkləri elə çəhrayıdır ki, misi qızıl, yoxluğu varlıq, gözdəki çapığı inci kimi göstərər. Miqel de Servantes

Ə[redaktə]

  • Əfəndim, məni incitməyin. Bu, məşhur qatillərin və aktyorların qismətidir. Mənim isə işləməyə vaxtım yoxdur. Amma yenə də dərc edə bilərsiniz. Budur mənim tərcümeyi-halım: "Nobel - yoxsul və yarımcan bir varlıq. Üstünlüyü: dırnaqlarını təmiz saxlayır və heç kimə yük olmur. Çatışmamazlıqları: ailəsiz, böyük səbrin yiyəsi, sağlamlığı zəif, amma iştahası yaxşı. Yeganə arzusu: diri-diri basdırılmamaq. Ən böyük günahı: var-dövlətə həris olmaması. Məgər, bu bir insan üçün bəs eləməz? Alfred Nobel

G[redaktə]

  • Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır. Oşo

H[redaktə]

  • Hamımız seksual varlıq kimi doğulmuşuq, Allaha şükür, heyf ki çoxları bu təbii hədiyyəni korlamaqla məşğuldur. Merilin Monro
  • Harada yaşayan bir varlıq gördümsə, orada güçlü olmaq istəyinə rast gəldim. Fridrix Nitsşe
  • Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən. Oşo

J[redaktə]

  • Jurnalist üçün insan deyilən varlıq, üstünə dəri keçirilmiş bir xəbər maddəsidir. Fred Allen

Q[redaktə]

  • Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı bir varlıq yoxdur. Evripid

O[redaktə]

  • Oturaraq müvəffəqiyyətə çatan tək varlıq toyuqdur. Oldos Haksli

Ö[redaktə]

  • Özünü olduğu kimi qəbul etmək istəməyən yeganə varlıq insandır. Alber Kamyu

R[redaktə]

  • Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular. Edqar Allan Po
  • Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindəndir. Hilbert

Ş[redaktə]

  • Şəkilsiz bir varlıq aydın ola bilməz, halbuki müəyyən bir mövqedə olanı anlamaq asandır. Aydın ola bilməyən qazanarkən, aydın olan məğlub olacaq. Du Mu

V[redaktə]

  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[1] Mustafa Kamal Atatürk
  • Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə. Marsel Prust
  • Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam. Jan Pol Sartr

İstinadlar[redaktə]

  1. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.