Forma

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır. Lev Tolstoy
  • Atom fəaliyyətinin və radioaktivliyin iki mərhələsinin Günəş sistemindəki bütün atomların təkamülünü səciyyələndirdiyini görək, indi insan atomunda şüurun təkamülü zamanı gözlənilən müxtəlif inkişafların nə olduğunu görək. Mən diqqətimizi bu insan şüuruna yönəltmək istərdim, çünki o, Günəş sistemindəki mərkəzi təkamüldür. İlahi həyatın üç aspekti - məskunlaşan həyat və ya ruh, maddi forma və ya əsas vasitə və ağıllı fəaliyyət amili bir araya gətirildikdə, müəyyən konkret nəticələr əldə ediləcəkdir. Alisa Beyli

B[redaktə]

  • Bir fərd üçün dəyərli ola bilən ibadət və mənəvi intizam formaları, o sinif daxilində, daha aşağı və ya daha yüksək inkişaf səviyyəsində olan fərqli bir təbəqəyə mənsub olan digəri üçün faydasız və ya hətta müsbət mənada zərərli ola bilər. Oldos Haksli
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin. Jan Jak Russo
  • Bizim sevdiyimiz bizi yaradır və bizə forma verir. Yohann Volfqanq Göte

D[redaktə]

  • Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur. Erix Mariya Remark

G[redaktə]

  • Gələcəyiniz onu qurduğunuz kimi olacaq. Onu necə görmək istəyirsinizsə elə bu gündən onu o formada qurun. Arzunuz nə qədər dərin olsa, məqsəd də bir o qədər aydın olacaq. Bu da əvvəllər qarşısıalınmaz kimi görünən maneələrin aradan qaldırılmasına imkan yaradacaq. Napoleon Hill

H[redaktə]

  • Hakan sabahkı oyunda forma geyə bilməyəcək… Çılpaq oynayacaq. Cem Yılmaz
  • Hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə yaz. Həyatı, onun doğurduğu psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz. İlyas Əfəndiyev
  • Hər şey boşluqdan, forma isə qatılaşdırılmış boşluqdan ibarətdir. Albert Eynşteyn
  • Həyatda çox olub ki, öz sağlamlığımı müəyyən məhdudiyyətlərlə sınağa çəkmişəm, ancaq bunun heç zaman pis fəsadlarını görməmişəm. Düşünürəm ki, gənclikdən uyğun gigiyena qaydalarına riayət etdikdə orqanizm çox güclü bərpaetmə funksiyasına sahib olur və özünü təbiət onu bəxş etdiyi formada saxlayır. Rual Amundsen

K[redaktə]

  • Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram. Sergey Dovlatov

M[redaktə]

  • Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nikahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. Marsel Prust

N[redaktə]

  • N qədər kişi uşaq doğmadığım üçün qadınlar haqqında danışmağa haqqım olmadığını dedi. Çox gözəl. Amma onlar da uşaq doğmayıblar. Buna baxmayaraq qəlibləşmiş fikirləri rahat formada dilə gətirə bilirlər. Simona de Bavuar

O[redaktə]

  • Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım. Mel Qibson

S[redaktə]

  • Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan. Oşo (Çandra Mohan Racniş)

T[redaktə]

  • Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır. Uinston Çörçill

V[redaktə]

  • Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. Əbu Turxan

İstinadlar[redaktə]