İyirmi
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl, qavrayış hissindən istifadə edərək rast gəldiyi qəribə naməlum yerləri araşdırdı. Nə görmə, nə də eşitmə orqanlarına malik idi, ancaq qavrayış hissi çox mükəmməl idi. İyirmi metrlik bir radiusda ətrafını aydın şəkildə "görə" bildi və qırx məsafədəki hər şeyi nə qədər bulanıq görsə də gördü. Amma onun "görmə qabiliyyəti" maneə yaradan obyektlərdə dayanmadı. Ağacın gövdəsinin arxasına yapışan qabığı önünü gördüyü qədər aydın görürdü. Və o, hər istiqamətdə gördüyü eyni məsafədə və eyni aydınlıqda yerə baxa bildi. Titrəmələri hiss etmə qabiliyyəti daha da irəli getməsinə imkan verdi. Frederik Braun
B
[redaktə]- Bəzi insanlar iyirmi yaşında ölür, amma səksən yaşında dəfn edilir. Robin Şarma
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
D
[redaktə]- Doldurulmamış silahdan da iyirmi adam qorxar. Monqol atalar sözləri
F
[redaktə]- Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur. Erix Mariya Remark
H
[redaktə]- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
İ
[redaktə]- İnqilabı heç vaxt iyirmi böyük cildlər yox, iyirmi kiçik cib kitabçaları edəcək. Volter
- İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.[1] Ziya Bünyadov
- İyirmi qəbahəti bağışlamaq olar, bir yalanı isə yox. Çünki yalanın daimi peyki hiyləgərlikdir. Con Lokk
- İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında zəngin, əlli yaşında ağıllı olmayan insan heç bir zaman yaraşıqlı, güçlü, zəngin və ağıllı ola bilməz. Corc Herbert
- İyirmi yaşlı bir insan dünyanı dəyişdirmək istəyər. Yetmiş yaşına çatanda, yenə dəyişmək istəyər, ancaq edə bilməyəcəyini başa düşər. Klerens Derrou
Q
[redaktə]- Qabil adam iyirmi beş yaşında da kamil olar, naqabil əlli yaşında da uşaq. Başqırd atalar sözləri
- Qonşunun iyirmi dənə Tanrı var deməsi ya da heç bir tanrı yoxdur deməsi mənə bir zərər verməz. Nə mənim cibimə toxunar nə də qıçımı qırar. Tomas Cefferson
M
[redaktə]- Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər. Əlif Şəfəq
- Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
- Mən yaşayarkən özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər. Barış Manço
T
[redaktə]- Tənbəl kəndçinin iyirmi orağı olar. Benqal atalar sözləri