Bərabər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır.(ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
- Arzular iştaha bənzəyir. Çox olanda əziyyət verir, olmayanda ölümə bərabər olur. Pyer Büast
B
[redaktə]- Barmaq barmağa bərabər deyil, insan - insana. Başqırd atalar sözləri
- Beş barmağın beşi də qardaşdır, ancaq onlar da bərabər deyil. Fars atalar sözləri
- Bərabər hüquqlar-hamıya, xüsusi imtiyazlar-heç kəsə. Tomas Cefferson
- Bərabər olmamaq dostları ayrı salır. Alman atalar sözləri
- Bərabər şəkildə davranmaq yox, haqqını verməklə aqil olmaq olar. Əli Suad
- Bərabərlik bərabər imkanlar yox, bərabər şərait deməkdir. Hər kəsə bərabər şərait yaradılmalıdır. Həmin şəraitdən kimin necə istifadə edəcəyi isə onun öz seçimidir. Ancaq şəraitdən yararlanıb müəyyən imkanlara malik olanlar isə sosial ədaləti də əldən verməməlidirlər.Aydın Mirzəzadə
- Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
- Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. Avraam Linkoln
- Bir günahı bağışlamaq sinəni gülləyə sipər etməyə bərabər fədakarlıqdır. Naməlum
D
[redaktə]- Dövlətin baş hakimi yaxşı mənşəyə, yaxşı davranış tərzinə və xarakterə malik olmaqla bərabər, eyni zamanda səlahiyyətli bir hüquqşünas və təcrübəli müstəntiq olmalıdır. Çanakya
E
[redaktə]- Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar əl-Azərbaycani
- Eşq hər kəsi bərabər edər. Miqel de Servantes
- Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen
Ə
[redaktə]- Ədəbiyyat – azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, həm lövhə, həm də müəyyən aydın ifadə olunmuş təfəkkürdür. Buna görə də ədəbiyyat incəsənət növlərinin bütün başqa ünsürlərinə malik olub, ayrılıqda onların hər birindən tamamilə istifadə etmiş olur. Ədəbiyyat bütün küll halında, incəsənətin tərkibindən ibarət olub, onun bütün cəhətlərini əhatə etməklə bərabər, bütün fərqlərini müəyyən və aydın bir şəkildə ehtiva edir. Vissarion Belinski
- Əgər Allah qadını kişinin xanımı təyin etsəydi, onu başdan yaradardı, əgər qul yaratsaydı, ayaqdan yaradardı, amma, o, qadını rəfiqə və kişiyə bərabər təyin etdiyindən qabırğadan yaradıb. Avreli Avqustin
- Əgər mənimlə müzakirə etmək istəyirsinizsə icazə verin beynimi çıxarım; bərabər şərtlərdə danışaq. Bob Dilan
- Əldə beş barmaq var, onlar da bərabər deyil. Benqal atalar sözləri
G
[redaktə]- Gerçəyi bilənlər ilə onu sevənlər heç bir zaman bərabər deyildirlər. Konfutsi
- Gözəlliyin və sağlamlığın vəhdəti üçün elm və incəsənət sahəsində təhsillə bərabər bütün ömrü boyu fiziki çalışmalar və gimnastika ilə də məşğul olmaq tələb olunur. Platon
H
[redaktə]- Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən. Oşo
- Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır. Emil Zolya
- Hər bir insanın ölümü ilə bərabər ona məxsus hansısa dünyası da dağılır. Artur Şopenhauer
- Həyatda ən gözəl şey bütün qüsurlarınızı bilməklə bərabər sizin möhtəşəm olduğunuzu düşünən birisinin var olmağıdır. Ernest Heminquey
- Həyatda heç vaxt ruhdan düşməyin. Mən bir işə girmək üçün ərizə verdim və mənlə bərabər 29 nəfər. Onlardan hər biri daxil oldu işə... Təkcə mən deyil.Nə yaxşı daxil olmadım. Cek Ma
İ
[redaktə]- İnsan münasibətlərində hüquq yalnız o zaman məna daşıyır ki, bərabər gücə malik iki tərəf hər bir tərəf üçün ümumi olan zəruriliyi qəbul edir. Fukidid
- İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. Əbu Turxan
- İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır. Həzrəti Əli
- İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
K
[redaktə]- Kapitalizmin anadangəlmə qüsuru- maddi nemətlərin qeyri-bərabər bölünməsi; sosializmin anadangəlmə üstünlüyü- yoxsulluğun bərabər bölünməsi. Uinston Çörçill
- Kifayət qədər təlim və təcrübə rəhbərdə qətilik yaradır, bu, istənilən başçı üçün qaçılmaz olan toqquşma zamanı ona güc verir. Gücünə arxayın olmayan başçı tabeliyində olanlara və özünə bərabər rəislərə nümayiş etdirir ki, vəzifələrin ağırlığı onun gücündə deyil, odur ki, zəif başçı və faydasız rəhbər olur. Atilla
- Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər. Anton Çexov
- Kişinin istedadı qadın gözəlliyi ilə eynidir kimi fikrin heç bir əsası yoxdur. Əsl dahinin ürəyi, xarakteri istedada bərabər olmalıdır. Onore de Balzak
- Krutisin deyirdi: - Keşiş baba! Bu gün hər şeyi bərabər bölün, sabah bərabərsizlik necə olsa öz yerini tapacaq. Saltıkov-Şedrin
Q
[redaktə]- Qadın bir dəfə kişiylə bərabər oldusa, onun ağasına çevriləcək. Sokrat
- Qəhvəni çaya bərabər elədilər, çayın qiyməti düşdü. Kürd atalar sözləri
- Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür. Fransua de Laroşfuko
M
[redaktə]- Mən donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarıya, pişiklər yuxarıdan aşağıya baxırlar. Donuzlar isə bizimlə bərabər baxırlar. Uinston Çörçill
- Mənim üçün nikah zəncir yox, əməkdaşlıqdır. Mən izlənməyimə, qısqanclığa, öyüd-nəsihətə dözə bilmirəm. Təbii ki, mən familiyasını daşıyacağım adamı nüfuzdan salmamağı, onu yalan və ya gülünc vəziyyətə salmamağı öhdəmə götürürəm. Amma qoy o da məni xidmətçi və itaətkar arvad gözündə yox, hər şeydə ona bərabər olan müttəfiq kimi görsün. Gi de Mopasson
N
[redaktə]- Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görülər. Leon Battista Alberti
S
[redaktə]- Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır. Çanakya
- Sözün ayağı yoxdur, amma min liyə bərabər yol gedir. (Lİ - 0,5 km-ə yaxın uzunluq ölçüsü). Koreya atalar sözləri
T
[redaktə]- Tarixdə ən böyük olan bu müharibə nəticəsində bəşəriyyətin etdiyi qurbanlara haqq qazandıracaq yeni bir dünya yaranmalıdır. Bu yeni dünya güclülərin zəifləri, yaxşıların pisləri istismar etmədiyi, varlıların kasıbları alçatmadığı, ağılın, elmin, sənət əsərlərinin həyat şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaq üçün ayrı-ayrı şəxslərin sərvət toplamasına yox, bütövlükdə bütün cəmiyyətə xidmət edən bir dünya olacaq. Bu yeni dünya alçaldılmış və əsarət altına alınmış insanların olmadığı bir dünya olacaq. Bu dünya ləyaqət və hörmətdə bərabər, azad insanlar və xalqlar dünyası olacaqdır. Nikola Tesla
- Təsir həmişə bərabər və əks təsirə bərabərdir. İsaak Nyuton
- Təzə paltarlar, təzə çətir, meşədə yetişən təzə meyvələrlə bərabər, sadiq qoca qulluqçunu da tərifləmək lazımdır. Çanakya
Y
[redaktə]- Yaxşı iş adamı şaha bərabər elər. Əfqan atalar sözləri
- Yağıs kommunistdir - hər kəsə bərabər yağar, Külək isə kapitalistdir, zəif olanı yıxar. Ernesto Çe Gevara
- Yaşamağı içməyə bərabər tutan ispanlar xoşbəxtdirlər. Latın atalar sözləri
- Yazıçılıqda novatorluq, yeni yazı manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda yeni insan xarakterləri kəşf etmək deməkdir. İlyas Əfəndiyev
Z
[redaktə]- Zəhər balla, sevgi də düşmənliklə bərabər gəlir. Əbülqasım Firdovsi
- Zorakılıq vasitələrinin texniki inkişafı indi o həddə çatıb ki, heç bir siyasi məqsəd bu vasitələrin dağıdıcı potensialına bərabər olmayan və ya bu silahlı münaqişələrdə bu vasitələrdən istifadəni əsaslandıra bilməz. Hanna Arendt