Naməlum

Vikisitat saytından

Naməlum, Anonim - Müəllifi məlum olmayan aforizmlər.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ayrılıq olmasaydı, heç kəs bir-birini bu qədər sevməzdi.
  • Azad millətin vəzifəsi azadlığı gələcək nəsillərə təhvil verməkdir.

B[redaktə]

  • Bədbinliyi vərdiş halına gətirsəniz, bir müddət sonra nikbinlik qədər zövq alacaqsınız.
  • Bəşəriyyət ən çox ədalətə möhtacdır.
  • Bəzən o qədər çox sevərsən ki, günahkar O olsa belə sən üzr istəyərsən...(Sədi Nəbiyev)
  • Bir alimdən "Əfv etmək yaxşıdır, ya cəsarət?" soruşduqda o belə cavab vermişdir: "Əfv etmək, çühki əfv etməyi bacaranın cəsarətə ehtiyacı yoxdur".
  • Bir cəmiyyətin formalaşmış əxlaqını dəyişmək kömürü ağartmaq qədər çətindir.
  • Bir günahı bağışlamaq sinəni gülləyə sipər etməyə bərabər fədakarlıqdır.
  • Bir ölkədə kiçik insanların kölgəsi uzanırsa, deməli, o ölkədə günəş batır.
  • Bir problemin çətin olduğunu mənə demə, əgər çətin olmasaydı, problem olmazdı.
  • Böhtan it kimidir: qaçanın arxasınsa hürər, cəsarətlə üzünə baxdıqda isə səsini kəsər.
  • Böhtan qanadlı ilandır; o gah uçur, gah da sürünür.
  • Böhtan paxılların silahıdır.
  • Böyük adamların məqsədləri, digərlərininsə ancaq istəkləri vardır.
  • Böyüklük qüvvətli olmaqda deyil, qüvvəni yerində istifadə etməkdir.
  • Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın

C[redaktə]

  • cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.
  • Cəsur olmaq qorxmamaq deyil, qorxunu büruzə verməməkdir.
  • Comərd - verdiyini xatırlamayandır.
  • Güc müdafiə zamanı deyil, hücum zamanı bilinir.

D[redaktə]

  • Din insanlara ruhi rahatlıq gətirir, onlara təsəlli verir, əzablarını yüngülləşdirir.
  • Dünya dərzi dükanı, ölçüsün verən gedir.
  • Dünyada ən çətin üç şey - sirr saxlamaq, qüsuru bağışlamaq, boş vaxtları dəyərləndirmək.
  • Dünyadakı qaranlıqların hamısı bir kiçik şamı belə söndürməyə kifayət etməz.
  • Düşünmədən oxumaq insanı kütləşdirir, oxumadan düşünmək isə yanıldır.

E[redaktə]

  • Eşq günəş kimidir: korlar belə onu hiss edirlər.

Ə[redaktə]

  • Ədalət bir cəmiyyətin vicdanı deməkdir.
  • Ədalət sözü bərabərlik mənasında deyil. Ədalət hər kəsə ehtiyacı müqabilində nəyinsə verilməsidir. Bərabərlik isə hər kəsin eyni şeyi bərabər şəkildə almasıdır və bu da hər zaman ədalətli deyildir.
  • Ədaləti yüksək bir qanun olaraq qəbul etməyən bir millət bu fəlakətini heç bir uğurla düzəldə bilməz.
  • Ən yaxşı yoldaşınız elminizə elm qatandır.

G[redaktə]

  • Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!
  • Günəş batdığı zaman kiçik ulduzlar parıldar.
  • Günəş var ikən şamların işığı altına girməyə nə ehtiyac?!

H[redaktə]

  • Həqiqət vcdanın qələbəsi deməkdir.
  • Həqiqətin ən böyük dostu zaman, ən böyük düşməni tərəfkeşlik, ən sadiq yoldaşı isə təvazökarlıqdır.
  • Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar.
  • Hər kəs eyni şeyi düşünürsə, demək, heç kəs heç nəyi düşünmür.
  • Hər tapşırılmış işə görə yalnız bir nəfər məsuliyyət daşımalıdır.
  • Həyatdakı maneələr keçilmək üçündür, onlara ilişib-qalmaq üçün yox.

X[redaktə]

  • Xatirə keçmişin həqiqəti, ümid isə gələcəyin xəyalıdır.
  • Xoşbəxtliyin ünvanını dəqiq bilmədiyimizə görə çox vaxt bədbəxtliyin qapısını açırıq.
  • Xudbin daim ən sevdiyi adama, yəni özünə zərər verər.

İ[redaktə]

  • İçində çalışmaq olmayan həyat günahdır.
  • İki cür hürriyyət vardır: biri yalançı hürriyyət - insan istədiyi hər şeyi edə bilir; o biri həqiqi hürriyyət - insan ancaq yerinə yetirilməsi vacib olan şeyləri edir.
  • İnsan qayəsi nisbətində böyükdür.

K[redaktə]

  • Keçmiş xatirələrimiz yeni ümidlərimiz olmalıdır.
  • Kim qabağa getmirsə, demək, geri gedir, çünki həyatda durğun vəziyyət yoxdur.
  • Kimdə bir qüsur görsəm, bunun mədə də ola biləcəyini düşünərək əfv edirəm.
  • Kitabxananız şəxsiyyətinizin aynasıdır.

Q[redaktə]

  • Qar dənələri təbiətdəki ən incə şeylərdəndir, lakin birləşdikdə görün nələr edə bilirlər...

M[redaktə]

  • Müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir.

Ö[redaktə]

  • Öyrənmək üçün özünü qoca sayan adam, görünür, öyrənmək üçün həmişə qoca olub.
  • Özünüzü gücsüz və tək hiss etdiyiniz zaman kitabxanalara qaçın.

P[redaktə]

  • Puç inanclar cahillikdən doğur və onlardan qurtulmaq üçün hökmən elmə yiyələnmək gərəkdir.

R[redaktə]

  • Rəhbərin yazı masası döyüşdəki hərbi gəminin göyərtəsini xatırlatmalı, orada artıq heç nə olmamalıdır.

S[redaktə]

  • Səbr və nəzakət birləşərsə, ondan güc və qüvvət doğar. Tomas Vilson
  • Səndə qüsur axtaran dostun dost deyil, düşməndir.
  • Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla.
  • Spinozanın kitabxanasında 60 kitab varmış. Deməli, yaxşı seçilmiş 60 kitab, dahi bir filosof olmaq üçün kifayət edərmiş.

T[redaktə]

  • Tamahkar adamın gözünü ancaq torpaq doyurar.
  • Təhsil beyni inkişaf etdirməkdir, hafizəni doldurmaq deyil.
  • Təhsil dərs vermək deyil, bir fərdin daxili istedadlarını inkişaf etdirmək vasitəsidir.

Ü[redaktə]

  • Ürəyinizdə ədavət və kin saxlamayın - yükü sizi üzər.

Y[redaktə]

  • Yetişmək üçün meyvənin günəşə, cavanın öyüdə ehtiyacı var.

Z[redaktə]

  • Zəfərin böyüklüyü mübarizənin çətinliyi ilə ölçülür.

Mənbə[redaktə]

  • Ağla və qəlbə işıq saçan sözlər. Bakı,2004