Bərabərlik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bərabərlik bərabər imkanlar yox, bərabər şərait deməkdir. Hər kəsə bərabər şərait yaradılmalıdır. Həmin şəraitdən kimin necə istifadə edəcəyi isə onun öz seçimidir. Ancaq şəraitdən yararlanıb müəyyən imkanlara malik olanlar isə sosial ədaləti də əldən verməməlidirlər.Aydın Mirzəzadə
- Bərabərlik, ən təbii, eyni zamanda xam xəyal kimi bir şeydir. Volter
- Bərabərlik həmişə ədalətli deyil. Bülənt Əcəvit
- Bərabərlik hüquq ola bilər, amma heç bir güc onu fakta çevirə bilməz. Onore de Balzak
- Bərabərlik iddiası ailəni sarsıdır. Əbu Turxan
- Bərabərsizlik yox, asılılıq ağırdır.Volter
- Bəziləri elə düşünürlər ki, Allah sərbəst səbəbdir. Çünki, onların fikrincə, Allah elə edə bilər ki, bizim dediyimiz kimi onun təbiətindən irəli gələn,yəni onun hakimiyyətində olan baş verməzdi, başqa sözlə desək, onun tərəfindən edilməzdi. Onların bu fikri ona bənzəyərdi ki, Allah elə edə bilər ki, üçbucağın təbiətindən irəli gələn, uç bucaqlarının iki düz xəttinə bərabərliyi alınmazdı, yaxud bu səbəbdən nəticə çıxmazdı. Bu, gülünc bir fikirdir. Benedikt Spinoza
- Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. Avraam Linkoln
D
[redaktə]- Dostluğa nə qul, nə də ağa lazımdır. O, bərabərlik sevir. İvan Qonçarov
Ə
[redaktə]- Ədalət sözü bərabərlik mənasında deyil. Ədalət hər kəsə ehtiyacı müqabilində nəyinsə verilməsidir. Bərabərlik isə hər kəsin eyni şeyi bərabər şəkildə almasıdır və bu da hər zaman ədalətli deyildir. Naməlum
K
[redaktə]- Kimsə sənə azadlığını verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan! Malkolm X
- Kişilərlə bərabərlik tələb edən qadınların ambisiya çatışmazlığı var. Merilin Monro
Q
[redaktə]- Qadın kişi bərabərliyi heç bir zaman təmin edilə bilməz. şünki tərk edilən bir qadının canı, kişidən daha çox ağrıyar. Milan Kundera
- Qadınlar bərabərliyin onlara lütf edilməyini istəmirlər. Onlar bərabərliyi əldə etmək istəyirlər. Bu ikisi tamam fərqli məhfumlardır. Simona de Bavuar
M
[redaktə]- Məhəbbət və dostluqda bərabərlik müqəddəs tutulmalıdır. İvan Krılov
Y
[redaktə]- Yəhudilər ona görə üstünlük qazanırlar ki, onları bərabərlik hüququndan məhrum ediblər. Maks Nordau
Z
[redaktə]- Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. Aristotel