Fərq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur. Mark Tven
- Ağıllı yaşayış yeri kəndlərin və harmoniyada işləyən şəhərin inteqrasiya olunmuş ərazisidir və kənd və şəhər fərqinin incə xəttə qədər azaldığı yerdir. Abdul Kalam
- Axmaqlıq və dahilik arasındakı fərq: dahiliyin sərhədlərinin olmasıdır. Albert Eynşteyn
- Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
- Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
B
[redaktə]- Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo (Çandra Mohan Racniş)
- Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdu. Çünki bəzi insanlar çuxura düşsələr belə, fərq eləməz. Nəcib Fazil Qısakürək
- Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
E
[redaktə]- Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsi ilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
F
[redaktə]- Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
- Fərq, bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki, seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində. Pol Oster
- Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır. Tur Xander
G
[redaktə]- Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
H
[redaktə]- Hər şeyə fərdilik gətir. Təqlid etmək, həyatı ıskalamaktır. Təqlidçi olmaq nevrotik olmaqdır. Bu dünyada ağlı başında olmanın tək yolu, fərdi, orijinal olmaqdır. Özünə xas ol. Oşo (Çandra Mohan Racniş)
- Həyat ilə Sənət arasındakı fərq, sənətin daha dözülə bilən olmasıdır. Çarlz Bukovski
İ
[redaktə]- İblislə insan arasındakı fərq nədən ibarətdir? Hötenin Mefistofeli deyir: “Mən, bütövün pislik istəyən, amma yaxşılıq edən hissəsiyəm”. Əfsuslar olsun ki, insan tamamilə bunun əksini deyərdi. Fyodor Dostoyevski
- İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir... Viktor Hüqo
- İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. Nizami Gəncəvi
K
[redaktə]- Kompüter oyunları ilə həyat arasındakı tək fərq həyatı "save" edə bilməməkdir. - Ərdəm Səhərlər
M
[redaktə]- Mənimlə ağıldankəm arasında bir fərq var: ağıldankəm düşünür ki ağlı başındadır, amma mən bilirəm ki ağlım başımda deyil. Salvador Dali
- Mübarizə olmasaydı, insanlar arasında fərq olmazdı. Tanrı buna görə pulu yaratdı. Ceyms Hetfild
O
[redaktə]- Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir. Aristotel
Ö
[redaktə]- Övladlar arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım. Məhəmməd peyğəmbər
Ş
[redaktə]- Şairlər və qəhrəmanlar bir tayfadandır. Onların arasındakı fərq ideya və amal arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. Alfons de Lamartin