Axşam
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama. Kürd atalar sözləri
- Axşam düşündüyün işi səhər gör. Udmurt atalar sözləri
- Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
- Axşamlar dinləyərək susmağın səni müdrik edir. Çünki, müdrikliyin başlanğıcı susmaqdır. Pifaqor
B
[redaktə]- Bir adamı səhər görsəm təsadüf olaraq qəbul edərəm, günorta eyni adamı bir daha görsəm şübhələnərəm. Axşam qarşılaşdığımızda tərəddüdsüz silahımı çəkib vuraram. Təsadüflərə inanmam. Al Kaponi
- Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq. Konfutsi
- Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var. Rabindranat Taqor
- Bir yoxsul qürbətdə şah olsa əgər, Hər axşam o vətən deyib ah çəkər. Əssar Təbrizi
- Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm. Corc Bernard Şou
E
[redaktə]- Evlənmədim, çünki buna ehtiyacım yoxdur. Evimdə bir kişini əvəz edəcək üç heyvanım var: səhərlər hürən itim, günortalar dayanmadan söyüş söyən tutuquşum və axşamlar evə gec gələn pişiyim. Meri Corelli
- Evli evində yatar, qərib harda axşamlar? Azərbaycan atalar sözləri/E
- Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu. Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. Özdəmir Asaf
G
[redaktə]- Gözəllik - axşama kimidir, yaxşılıq - ölənə kimi. Çeçen-inquş atalar sözləri
H
[redaktə]- Hamı nə vaxt ölür? Əlbəttə, gülünün solduğu axşam. Turqut Uyar
K
[redaktə]- Kasıb səhər gedir - deyirlər getdi oğurlamağa, axşam gedir - deyirlər getdi soymağa. Madaqaskar atalar sözləri
- Kişini tez qocaldar axşamdan yatan arvad. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
Q
[redaktə]- Qadınlara məsləhət verməyin: Heç kəs bir qadına axşama geyinmək üçün yaramayan bir şey verməməlidir. Oskar Uayld
- Qorxumuz yox! Enmədi bir gün belə gözlərimizə, bir qış axşamı kimi qaranlığı qorxunun. Nazim Hikmət
S
[redaktə]- Səhər gedər naxıra, axşam gələr axıra. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Səhər gəlir - zəhmət gəlir, axşam gəlir, rahət gəlir. Tatar atalar sözləri
- Səhər gününə qızınmayan, axşam gününə qızınmaz. Azərbaycan atalar sözləri/S
- Səhər yeməyini özün ye, günorta yeməyini dostlarla böl, axşam yeməyini isə düşməninə ver. İngilis atalar sözləri
- Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... Rabindranat Taqor
T
[redaktə]- Tənbəl axşama yaxın işə başlar. Osetin atalar sözləri
U
[redaktə]- Uşaqkən hər axsam yatmadan əvvəl Tanrıya mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün Tanrının çalışma tərzinin bu olmadıgını anladım. Səhərisi gün getdim özümə yeni bir velosiped oğurladım və hər axşam yatmadan əvvəl Tanrıya günahlarımı bağışlaması üçün dua etdim. Al Kaponi
Y
[redaktə]- Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır. Onore de Balzak