Məzmuna keç

Səhər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzi gecələrin səhəri yoxdur, yalnız qaranlıq olaraq qalarlar. Murathan Mungan
  • Bir adamı səhər görsəm təsadüf olaraq qəbul edərəm, günorta eyni adamı bir daha görsəm şübhələnərəm. Axşam qarşılaşdığımızda tərəddüdsüz silahımı çəkib vuraram. Təsadüflərə inanmam. Al Kaponi
  • Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq. Konfutsi
  • "Elə anlar var ki, onlar heç vaxt yaddan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə tanrıya şükür deyirəm." Ronald Reyqan
  • Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib, rüsvayçılıqla yatağa gedir. Bencamin Franklin
  • Əqrəbə imkan versən, bütün gecəni səhərə qədər sancar. Teluqu atalar sözləri
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
  • Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. Aleksandr Puşkin
  • İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək səhəri gün ölmüş olacaq. Anton Çexov
  • İşi səhərə qoymaq axmaq adətdir. Monqol atalar sözləri
  • "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso
  • Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır. Onore de Balzak