Məzmuna keç

Uzun



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. İrland atalar sözləri
  • Bir azdan antarktida da yay olacaq. Əgər temperatur 30 dərəcədən azdırsa bunu yay saymaq olar. Ancaq gündüzlər bu zaman uzun olacaq və altı ay boyunca bir gün 22 saat davam edəcək. Rual Amundsen
  • Bir dəfə adamın birindən Şeksperi sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Şeksperi oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. Çarlz Bukovski
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur. Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah da kəsər. Kəlilə və Dimnə
  • Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm. Əlif Şəfəq
  • Dünyanın ən uzun gecəsi 21 dekabr yox, məni tərk etdiyin gecədir. Kiçik İsgəndər
  • Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. Tur Xander
  • Evlənmək uzun müddətə bağlanmış müqavilədir. Macar atalar sözləri
  • Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir. Uilyam Somerset Moem
  • Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur. Deni Didro
  • Fərdi ölümsüzlük əlçatmazdır, lakin həyatının uzun olması sənin özündən asılıdır. Fyodor Uqlov
  • Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.. İmmanuel Kant
  • Günəşin doğuşundan batışına qədər tələsik iş edənlər uzun yaşamazlar. Çin atalar sözləri
  • Hamı uzun ömür istəyir, amma heç kim qocalmaq istəmir. Leopold Şefer
  • Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə. Lao-tszı
  • Həyat bir əhvalata bənzər, əhəmiyyətli olan yanı əsərin uzun olması deyil, yaxşı olmasıdır. Seneka
  • Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyəti ilə uzun müddət kifayətlənə bilsin. Jorj Sand
  • Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur. Lukian
  • Xoşbəxtlik uzun sürməz. Mütləq gündəlikdir. Ölümə məğlub olan, əslində qorxuya məğlub olmuşdur. Attila İlhan
  • İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq. Fransua de Laroşfuko
  • İnanılması ən çətin dedi-qodular, axmaqların yaddaşında ən uzun müddət qalanlardır. Alfred De Viqni
  • İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
  • İp nə qədər uzun olsa da, dil ondan uzundur. İndoneziya atalar sözləri
  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. Haruki Murakami
  • Qadınlar qorxaqdır. Çünki uzun müddət yarı qul olaraq yaşamışlar. Doris Lessinq
  • Qanun tərbiyəyə arxalanmasa, nə qədər ədalətli belə olsa, o uzun ömürlü sayıla bilməz. Plutarx
  • Qısa müddətli ayrılıq eşqin möhkəmlənməsinə, uzun sürən ayrılıq isə onun məhvinə səbəb olur. Onore Mirabo
  • Mənim bir qorxum var, o da ömrümün çox uzun sürəcəyi və cırıq bir xalça kimi daha heç nəyə yaramayacağı qorxusudur. Tomas Cefferson
  • Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım. Artur Şopenhauer
  • Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun müddət davam edir. Mişel de Monten
  • Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Karl Saqan
  • Türk dillərini öyrənin çünki onların yer üzərində uzun sürəcək hakimiyyəti olacaqdır. Mahmud Qaşğari
  • Vaxt - çox qeyri-müəyyən anlayışdı. Kiməsə o çox uzun gəlir, kimə isə tam əksinə. Aqata Kristi
  • Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[1] Cəfər Sadiq
  • Yaxşı yuxu, yumşaq qarın və tərləmə - uzun ömrün şərtləridir. Əbül Fərəc
  • Yaramaz adamı bir anda tanımaq olar, namuslu adamı tanımaq üçün uzun illər lazımdır. Sofokl
  • Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
  • Yoldaşlıq eşqdən daha çətindir, çünki daha uzun davam edər. Harri Trumen

İstinadlar

[redaktə]
  1. Tuhəful-Uqul, səh.373