Aristofan
Jump to navigation
Jump to search
Aristofan (q.yun. Ἀριστοφάνης; e.ə. 446, Afina – e.ə. 386, Afina) — qədim yunan şairi, dramaturq-komedioqraf, "komediyanın atası", klassik yunan komediyasının banisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl sözlərlə qanadlanır.
- Ağıllı adamlar düşmənlərindən çox şey öyrənirlər.
- Ağlı qısa olanın dili uzun olar.
B[redaktə]
- Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil.
- Bütün qanunlar ləğv edilsə belə, müdriklər eyni həyatı yaşayacaqlar.
Ç[redaktə]
- Çörək əvəzinə sözlərlə qidalanmayın.
Ə[redaktə]
- Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır.
H[redaktə]
- Həqiqətən vicdanlı adam yoxdur; heç birimiz qazanc motivindən azad deyilik.
- Hər bir insanın vətəni ən yaxşı yaşadığı ölkədir.
Ş[redaktə]
- Şəhərlər yüksək divarlar tikməyi dostların yox, düşmənlərin vasitəsi ilə öyrənir.
Y[redaktə]
- Yüksək düşüncələrin yüksək dili olmalıdır.
Z[redaktə]
- Zövqə əsir olan deyil, hakim olan xoşbəxtdir.
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014