Zövq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi

B[redaktə]

  • Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özünüzü ucaltdığımızı sanmaqdır. Rene Dekart
  • Bütün zövqləri hiss edə bilmək üçün kiçik iztirabları da hiss etmək lazımdır. Jan Jak Russo

C[redaktə]

  • Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd

E[redaktə]

  • Elmin verdiyi zövq daimidir. Platon
  • Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe

Ə[redaktə]

  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur. Oskar Uayld
  • Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır. Mel Qibson

G[redaktə]

  • Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda

H[redaktə]

  • Həyatda var olmağımızı sadəcə bir təsadüfdür. Qısa və mənasız saniyələrdən zövq alıb diqqətimizi dağıdırıq sadəcə. Bu dünyada qısa müddətlik varlıqlar olduğumuzu unutmağımız üçün diqqəti dağıtmaq lazımdır. Həyatla bacarmağın başqa yolu yoxdur. Məsələn, eşq diqqəti dağıtmağın ən yaxşı yollarından biridir. İşləmək də o cümlədən. Vudi Allen
  • Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. Çarez Kaleb Kolton
  • Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir. Cəvahirləl Nehru

X[redaktə]

  • Xeyirxahlıq ona deyilir ki, xoşagələn işlərin yerinə yetirilməsindən, tərifəlayiq hərəkətlərin davam etdirilməsindən zövq alınsın, sevinc əmələ gəlsin. Nəsirəddin Tusi
  • Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. Qaston Levis

İ[redaktə]

  • İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək. Əli
  • İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir etmədən və zövq almadan keçib gedən şeyin əslində həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, ümidlərlə aldadılan insan ölümün qucağına qaçar. (A.Şopenhauer)

M[redaktə]

  • Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. Henrix Heyne
  • Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar. Aristotel

N[redaktə]

  • Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq. Lüdviq Feyerbax

O[redaktə]

  • Oxumaq gözəlliyi dərk etmək, zövq sahibi olmaq deməkdir. Fedin
  • Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni. Alfred Hiçkok

S[redaktə]

  • Sevginin doğurduğu ləzzətlərin heç biri baxışlardan alınan zövq qədər incə deyildir. Nikolay Çernışevski

U[redaktə]

  • Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela

V[redaktə]

  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[1] Mustafa Kamal Atatürk

Z[redaktə]

  • Zövq xoşbəxt bir həyatın başlanğıcı və məqsədidir. Epikür
  • Zövqə əsir olan deyil, hakim olan xoşbəxtdir. Aristofan
  • Zövqlərin ən gözəli elmdən alınan zövqdür. Samuel Smayls

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar[redaktə]

  1. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.