Ayıb
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətin köləsinə çevrilmiş ruhda həqiqət axtarmaq, təbiəti tədqiq edən və sınaqdan keçirən fizik üçün ayıb deyilmi? Mark Tulli Siseron
- Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. Əbdülqədir Geylani
- Ayıb söyləyənin ayıbını söylərlər. Türk atalar sözləri
B
[redaktə]- Bilməmək ayıb deyil, bilməyi diləməmək ayıbdır. Tatar atalar sözləri
- Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır. Azərbaycan atalar sözləri/B
- Bilməmək nə ayıb, nə də ziyanlı deyil. Heç kim hər şeyi bilə bilməz. Amma bilmədiyini bilmiş kimi göstərmək həm ayıbdı, həm də ziyanlı. Lev Tolstoy
- Bilmirsən soruş, soruşmaq ayıb deyil. Laz atalar sözləri
- Buynuzlu olmaq öküz üçün ayıb deyil. İndoneziya atalar sözləri
C
[redaktə]- Cahillikdə bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə. Azərbaycan atalar sözləri/C
Ç
[redaktə]- Çağırram – eldən ayıb, çağırmanam – it itdi. Azərbaycan atalar sözləri/Ç
E
[redaktə]- Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb. Azərbaycan atalar sözləri/E
Ə
[redaktə]- Ədəbli qadın hətta danışığını da nümayiş etdirməməli, kənar şəxslərin yanında səsini çıxarmaq onun üçün onların yanında soyunmaq kimi ayıb olmalıdır. Çünki, səs, danışanın xasiyyətini, ruhunun xassələrini və əhval-ruhiyyəsini bildirir. Platon
K
[redaktə]- Kasıblıq ayıb deyil, zənginlik də. Kart Qoetz
- Kasıblıq ayıb deyil. Rus atalar sözləri
İ
[redaktə]- İstəmək ayıb deyil, oğurlamaq ayıbdır. Osetin atalar sözləri
- İstəmək ayıbdır, verməmək ikiqat ayıbdır. Kürd atalar sözləri
- İstəmək bir ayıb, verməmək iki ayıb. Azərbaycan atalar sözləri/İ
M
[redaktə]- Mən yaşayarkən özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər. Barış Manço
T
[redaktə]- Tahir olmaq da ayıb deyil, Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil. Nazim Hikmət
Y
[redaktə]- Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir. Fukidid
- Yola düşmək ayıb deyil, kənarda qalmaq ayıbdır. Osetin atalar sözləri
Z
[redaktə]- Zəhmət çəkmədən sərvət axtarmaq ayıbdır. Abay Kunanbayev
İstinadlar
[redaktə]Duyğular | |
---|---|
Duyğusal | Sitayiş · Əzab · Ağrı · Zəhm · Əyləncə · Hirs · Acıqlanma · İztirab · Məmnuniyyət · Məğlubiyyət · Depressiya · Kefsizlik · Böhran · Məyusluq · Nifrət · Xəcalət · Həvəs · Paxıllıq · Həyəcan · Qorxu · Xəyal qırıqlığı · Qəm · Günahkarlıq · Xoşbəxtlik · Vətən həsrəti · Dəhşət · Düşmənçilik · Alçalma · İsteriya · Təhlükəsizlik · Təhqir · Maraq · Qıcıqlanma · Təcrid · Qısqanclıq · Tənhalıq · Təşviqat · Sevgi · Şəhvət · Şəfqət · Melanxoliya · Baxımsızlıq · Nostalji · Nikbinlik · Vahimə · Ehtiras · Mərhəmət · Zövq · İftixar · Qəzəb · Təəssüf · İmtina · Vicdan əzabı · Narazılıq · Kədər · Sentimentallıq · Ayıb · Kədər · Kin · Şok · Dözmək · Sürpriz · Rəğbət · Gərginlik · Həyəcan · Təəccüb · Narahatlıq |
Dünyagörüşü | Bağdaşırcılık · Mövcudluq · Fatalizm · İnkompatibilizm · Metafizik · Nihilizm · Optimizm · Pessimizm · Zahid · ictimai ədalət · Dünyadan yorğunluq |