Qəm
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı qəm yeyər, ağılsız qamçı. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
D
[redaktə]- Dəmiri nəm çürüdər, insanı qəm çürüdər. Türk atalar sözləri
- Dərd və qəm qocalığın yarısıdır. Əli
Ə
[redaktə]- Əbləh odur dünya üçün qəm çəkər, tanrı bilir, kim qazanar, kim yeyər. Azərbaycan atalar sözləri/Ə
G
[redaktə]- Gülüş gülüş gətirər, qəm də qəm. Assuri atalar sözləri
H
[redaktə]- Həyəcan, qəm və kin ürəyi, nəm isə dəmiri çürüdər. Seyid Əzim Şirvani
İ
[redaktə]- İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbirlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
Q
[redaktə]- Qəm dağı yerindən qopardar. Azərbaycan atalar sözləri/Q
- Qəm hara gedirsən? Qəmin yanına. Azərbaycan atalar sözləri/Q
- Qəm harada, sevinc orada.Rus atalar sözləri
- Qəm səni yeyər, sən qəmi yeyincə. Azərbaycan atalar sözləri/Q
- Qəm yemə ki, pul yoxdur, qəm ye ki, iş yoxdur. Başqırd atalar sözləri
- Qocalıq, kədərlənmək, dərd-qəm çəkmək üçün yaradılıb. Amma o kifayət qədər ağıllı olmalıdır ki, bütün bu kədəri, qəm-qüssəsini sakit keçirə bilsin. Volter
M
[redaktə]- Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Qurani-Kərim
- Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd-qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir
V
[redaktə]- Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır. Azərbaycan atalar sözləri/V
- Vəfalı bir dost ki, ayrıla dostunan,
Cana ləşkər çəkər qəm-qəmin üstdən. Qasım bəy Zakir