Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
Görünüş
{{Başlıq | başlıq = Azərbaycan atalar sözləri | müəllif = | keçidsiz müəllif = Şifahi xalq ədəbiyyatı | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il =
| qeydlər =
| mənbə = | vikipediya_keçidi = Atalar sözü | vikimənbə_keçidi = | commons_keçidi
- Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
- Elm ağılın çırağıdır
- Göz görmək üçün, ağıl bilmək üçün.
- Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
- Qələm qılıncdan itidir.
- Qələm əyri yonulsa da düz yazar.
- Elmsiz adam qanadsız quş kimidir
- Qələm yazanı qılınc poza bilməz.
- Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
- Savadsız adam kor kimidir.
- Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynayaram".
- Yalançının evi yandı heç kim ona inanmadı.