Tənbəl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaq özünə eş tapmaz, tənbəl özünə iş tapmaz. Tatar atalar sözləri
- Ağa dedi yatma, tənbəl dedi:Yaxşı, onda dincəlim. Azərbaycan atalar sözləri/A
- Ağıl tənbəl adama xoşbəxtlik gətirməz. Hind atalar sözləri
C
[redaktə]- Cəhd eləyən - var qazanar, tənbəl elə kasıb qalar. Tai atalar sözləri
G
[redaktə]- Günəş saralanda tənbəl başlayır tələsməyə. Fars atalar sözləri
İ
[redaktə]- İnsan tənbəl olur, torpaq yox. Vyetnam atalar sözləri
- İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbrsiz olduqlarına görə Cənnətdən qovuldular tənbəl olduqlarına görə, qayıda bilmirlər. Amma bəlkə də əsas bir günahı var insanların: Səbrsizlik. Səbrsizliyə görə qovulmuşdular, səbrsizlyə görə də qayıda bilmirlər. Frans Kafka
- İş iştaha açar, tənbəl işdən qaçar. Özbək atalar sözləri
Q
[redaktə]- Qarışqanın yanına get, tənbəl, onun hərəkətlərinə bax və müdrik ol. Latın atalar sözləri
- Qoy lal desinlər, tənbəl deməsinlər. Kürd atalar sözləri
Ö
[redaktə]- Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. Jül Renar
T
[redaktə]- Tənbəl adam ağzıboş olar. Yapon atalar sözləri
- Tənbəl adam qorxaq olar. Monqol atalar sözləri
- Tənbəl axşama yaxın işə başlar. Osetin atalar sözləri
- Tənbəl bir beyin - şeytanın iş otağıdır. Samuel Smayls
- Tənbəl bir işi iki dəfə görər. Başqırd atalar sözləri
- Tənbəl çoban sürünü uzaqdan qaytarar. Gürcü atalar sözləri
- Tənbəl dağda qar gördü, yorğanına büründü. Azərbaycan atalar sözləri/T
- Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram". Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Azərbaycan atalar sözləri/T
- Tənbəl durduğu yerdə də yorulur. Udmurt atalar sözləri
- Tənbəl durduğu yerdə yatar, oturduğu yerdə işlər. Başqırd atalar sözləri
- Tənbəl eşşək hoşu Allahdan istər. Azərbaycan atalar sözləri/T
- Tənbəl gün batanda başlar işə. Assuri atalar sözləri
- Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?! Azərbaycan atalar sözləri/T
- Tənbəl heç vaxt ləyaqətli adam ola bilməz. O, yaşaması, başını dolandırması üçün xəbislik, alçaqlıq, xəbərçilik, ara vurmaq, yaltaqlanmaq, ikiüzlülük, paxıllıq və başqa pis yollara qurşanmalıdır. Qəşəm Aslanov
- Tənbəl həmişə ac olar. Udmurt atalar sözləri
- Tənbəl insan qarışqanın hünərindən ibrət götürməlidir. Jül Simon
- Tənbəl insan şeytanın oyuncağıdır. Ərəb atalar sözləri
- Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən. Sun Dzı
- Tənbəl işçiyə yüngül çəkic də ağır gələr. Alman atalar sözləri
- Tənbəl kəndçinin iyirmi orağı olar. Benqal atalar sözləri
- Tənbəl kişi çörəksiz qalar, tənbəl qadın paltarsız. Başqırd atalar sözləri
- Tənbəl üçün həftədə yeddi bayram olur. Alman atalar sözləri
- Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər. Azərbaycan atalar sözləri/T
- Tənbələ həftənin hər günü cümədir. Azərbaycan atalar sözləri/T
- Tənbələ iş buyur, o sənə ağıl öyrətsin. Azərbaycan atalar sözləri/T
- Tənbələ iş buyur, o sənə nağıl danışsın. Azərbaycan atalar sözləri/T
- Tənbəlin mədəsi tox olmaz. Assuri atalar sözləri
U
[redaktə]- Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan. Qırğız atalar sözləri
- Uşaq zirək zənənin bir əlin bağlar, tənbəl zənənin iki əlini. Türkmən atalar sözləri