Ağrı

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • "Adam kimi" sevmələrin qadağan edildiyi bir yerdə, nə qədər sevsən o qədər ağrı çəkərsən. Sonramı? Çəkdiyin ağrıyla qalarsan... Yılmaz Ərdoğan
  • Ağrı gündəlik çörəyimizdir. Əhməd Hamdi Tanpınar
  • Ağrı hiss etməmək duyğuların kəsilməsi deməkdir; hər coşğu şeytanla bazarlıqdır. Çarlz Bukovski
  • Ağrı, ümidsizlik, yersiz bədən fəaliyyəti və həyat cərəyanlarının yanlış istiqamətləndirilməsi (və ya idarə edilməsi) aşağı psixi təbiətdəki maneələrin nəticəsidir. Alisa Beyli
  • Ağrı verirsə keçmiş; keçməmiş deməkdir.. Murathan Mungan
  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
  • Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.Fridrix Nitsşe
  • Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər. Yılmaz Ərdoğan
  • Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax

B[redaktə]

  • Bir şeyin yoxluğu sizə ağrı verirsə, varlığı sizi öldürə bilər. Çak Palanik

Ə[redaktə]

  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Əzab və ağrı böyük ürəkləri və dərin ağılları həmişə müşayət edir. Odur ki, həqiqətən böyük adamlar bu dünyada daha çox qəmli olurlar. Fyodor Dostoyevski

H[redaktə]

  • Heç kəs əziyyət çəkmək istəmir, amma yenə də hər kəs ağrı və qurban axtarır, axtarıb tapanda isə hiss edirlər ki, həyatları təsdiqlənib. Paulo Koelyo

İ[redaktə]

  • İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi. Lars fon Trier
  • İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış! Reşat Nuri Güntekin

S[redaktə]

  • Səbr-üzünü turşutmadan ağrı-acını qurtum-qurtum içməkdir. Cüneyd Bağdadi

Ş[redaktə]

T[redaktə]

  • Təkəm... Bu qədər ağrı tək bir sözə necə sığışa bilirdi? Cezmi Ərsöz

İstinadlar[redaktə]