İmtina

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo
  • Azadlıq və nizam heç bir zaman heç bir yerdə birlikdə var olmamışlar; heç bir zaman ikisindən də imtina edilə bilmədi. Alfred De Viqni

B[redaktə]

  • Bağışlanılan imtina ediləndir. O, bağışlanıldı... Çünki ondan imtina edildi! Kiçik İsgəndər
  • Bəzən qırdım, çoxu dəfə qırıldım, amma mən heç kimi itirmədim, yalnız zamanı gəldiyində imtina etməsini bildim. Can Yücəl
  • Bütün dünya bilir ki, fəzilət insanın ehtiraslarına tabe olmaqdan və ya özündən imtina etməkdən ibarətdir. Bunu təkcə Nitsşenin əleyhinə fəryad etdiyi xristian dünyası deyil, həm də bütün bəşəriyyətin, o cümlədən brahmanizm, buddizm, konfusiçilik və qədim fars dinini inkişaf etdirdiyi əbədi ali qanundur. Və birdən bir adam peyda olur ki, özündən imtinanın, həlimliyin, itaətkarlığın və məhəbbətin bütün insanlığı məhv edən pisliklər olduğuna əmin olduğunu bəyan edir (bütün başqa dinlərə məhəl qoymadan xristianlığı nəzərdə tutur). Belə bir bəyanatın əvvəlcə insanları niyə çaşdırdığını başa düşmək olar. Ancaq bir az fikirləşdikdən və qəribə müddəaların sübutunu tapa bilmədikdən sonra, hər hansı bir ağıllı adam kitabları bir kənara atıb, bu gün nəşriyyat tapa bilməyəcək bir zibilin olub-olmadığını düşünməlidir. Ancaq Nitsşenin kitablarında bu baş vermədi. Yalançı maarifçilərin əksəriyyəti Fövqəlinsan nəzəriyyəsinə ciddi yanaşır və onun müəllifinin böyük filosof, Dekart, Leybnits və Kant nəslindən olduğunu qəbul edir. Və bütün bunlar ona görə baş verdi ki, günümüzün psevdo-maarifçilərinin əksəriyyəti fəzilət haqqında hər hansı bir xatırlatma və ya onun əsas müddəasına etiraz edirlər: özündən imtina və məhəbbət - onların həyatının heyvani tərəfini məhdudlaşdıran və pisləyən fəzilətlər. Onlar şəxsi xoşbəxtlik və yaşadıqları başqalarının həyatından üstünlük ideyasını təsdiqləyən eqoizm və qəddarlıq doktrinasını, nə qədər ardıcıl və ayrı-ayrılıqda ifadə olunsa da, məmnuniyyətlə alqışlayırlar. Lev Tolstoy

C[redaktə]

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

E[redaktə]

  • Elə bir insan yoxdur ki, o, həzzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
  • Eşqim üçün hər şeydən imtina edərəm, lakin azadlığım üçün eşqimdən də imtina edərəm. Yohann Volfqanq Göte

Ə[redaktə]

  • Ən böyük ağrılı, ağrıtmaz zəncirlərin ağrısıdır; köləliyi qəbul etmənin, baş qaldırmaqdan imtina etmənin ağrısıdır. Arif Nihat Asya

H[redaktə]

  • Hər insan məğlub olar, amma sevməyən imtina edər unutma. Bil ki eşq; məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində. Paulo Koelyo

X[redaktə]

  • Xoşbəxt olmağa çalışmaqdan bir imtina etsək, çox yaxşı vaxt keçirəcəyik. Edit Uorton

İ[redaktə]

  • İndi imtina etsən heç vaxt bacara bilməzsən. Bu nəsihəti qulaq ardı etsən, yolu artıq yarılamısan deməkdir. Devid Zuker

V[redaktə]

  • Valideynləri əsəbiləşdirmək olmaz, çünki bu halda biz həzz aldığımız hər şeydən imtina etmiş oluruq. Paulo Koelyo
  • Varlığın o biri sahilinə çatdığında əvvəl, sonra və ortada olandan imtina et. Qautama Budda

İstinadlar[redaktə]