Məzmuna keç

Arif Nihat Asya

Arif Nihat Asya
Doğum tarixi7 fevral 1904
Doğum yeriÇatalca ilçəsi
Vəfat tarixi5 yanvar 1975
Vəfat yeriAnkara
Dəfn yeriQarşıyaxa qəbiristanlığı
Vikipediya məqaləsi

Arif Nihat Asya (7 fevral 1904, İstanbul — 5 yanvar 1975, Ankara) — Türkiyəli şair.


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

  • Almaz kimi ol. Yandığın zaman, nə yerdə külün, nə də göydə tüstün qalsın.
  • Bir quş yuvası iki quş üçün kifayətdir.
  • Bir saçı sığallamaz, bir alını sərinlətməz, bir yelkəni şişirməz, bir ətəyi havalandırmazsan. Neyləyim sənin kimi küləyi?
  • Boyağına güvənən xalçalar günəşdən qorxmaz.[1]
  • Bu kitabın neçə dəqiqədə oxunduğunu burax, neçə ildə yazıldığını düşün.
  • Bütün dualarımızda uzun yaşamaq arzusu var.
  • Divarda bir çat açmağa bir daşın köhnəlməsi yetər.
  • Ən böyük ağrılı, ağrıtmaz zəncirlərin ağrısıdır; köləliyi qəbul etmənin, baş qaldırmaqdan imtina etmənin ağrısıdır.
  • Gözlər ürəyin aynasıdır. Amma sən yenə də gözünə ürəyini soruşma.
  • İnanmaq; pillələrin çıxa bilmədiyi yerə qanadlarınla dırmaşmaqdır.
  • İşığı önündə tut get. Kölgə arxanca istər gəlsin, istərsə də gəlməsin.
  • Qələmini bir silah kimi deyil, bir qaşıq kimi tut yoxsa aç qalarsan. Deyirdi bir kitabında.
  • O da veteran olmaq istəyirdi. Amma ona başa salmaq lazımdı ki, şəhid olmağa cəsarət etməyən qazi ola bilməz.
  • Su içən quşu hər qurtumda dimdiyini göylərə qaldıraraq Allaha şükr edən gördüm.

İstinadlar

[redaktə]
  1. ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.169