Tüstü
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç[redaktə]
- Çoxlu yaş odun yandıranda, çoxlu da tüstü olar; çox danışanda çoxlu da səhv edərsən. Vyetnam atalar sözləri
D[redaktə]
- Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir. Mövlana Cəlaləddin Rumi
- Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq! Çin atalar sözləri
Ə[redaktə]
- Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü. Nikola Şamfor
X[redaktə]
- Xarabadan tüstü çıxmaz. Azərbaycan atalar sözləri/X
İ[redaktə]
- İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir. Erix Mariya Remark
O[redaktə]
- Od harada, tüstü orada. Rus atalar sözləri
- Od olmasa tüstü çıxmaz. Fars atalar sözləri
T[redaktə]
- Tüstü tonqala doğru aparar. Qaraçı atalar sözləri
Y[redaktə]
- Ya insanlar elə edəcəklər ki, havada tüstü azalacaq, ya da tüstü elə edəcək ki, yər üzündə insanlar azalacaq. Lui Batton
- Yaxındakı tüstü kor elər. Ərəb atalar sözləri
- Yanan yerdən tüstü çıxar. Azərbaycan atalar sözləri/Y