Peter Stamm

Vikisitat saytından
Peter Stamm
Doğum tarixi 18 yanvar 1963
Doğum yeri Münsterlingen
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Peter Stamm (18 yanvar 1963-cü il) - İsveçrə yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Biz inanırıq ki, hamımız bir dünyada yaşayırıq. Eyni zamanda hər kəs öz tunelinin içi ilə gedir, nə sola, nə də sağa baxmadan. Yalnız öz ömrünü xərcləyir və arxasında buraxdığı zir-zibillə geriyə yolunu bağlamış olur.

Ə[redaktə]

  • Əgər ölüm yoxdursa, deməli həyat da yoxdur.

H[redaktə]

  • Həmişə bir kitabı oxuyub bitirəndə kədərlənirəm. Elə bil ki, bu kitabın personajına çevrilirəm. Əsər qurtaran kimi bu obrazın da ömrü başa çatır.
  • Hər birimiz öldükdən sonra hansısa şəkildə yaşayırıq. Başqa insanların yaddaşında, uşaqlarımızın yaddaşında və yaratdıqlarımızda.

X[redaktə]

  • Xoşbəxtlik nöqtələrlə, bədbəxtlik isə xətlələ ifadə olunur. Və bunun xoşbəxtlik olduğunu yalnız uzaqdan baxanda görmək olar.
  • Xoşbətliyi təsvir etmək olmur. O, duman kimi, tüstü kimi şəffaf və uçub gedəndir.

İ[redaktə]

  • İnsan əzab çəkəndə daha da az yaşayır. Mən ölməkdən qorxmuram. Yalnız ölümdən qorxuram, çünki bu hər şeyin sonu deməkdir.
  • İnsan haçansa yorulub əldən düşür və yalnız ölüm onu rahatlığa qovuşdurur.
  • İnsan gördüklərində yaşayır və ölür – deyirlər, amma insan yalnız düşündüyünü görür.

M[redaktə]

  • Mən daha elə də çox mütaliə eləmirəm. Axı mən daha istəmirəm ki, kitablar mənim üzərimdə bu qədər hökmranlıq eləsin. Bu zəhər kimi bir şeydir. Mən bu barədə özümü təkmilləşdirdim. İndi immunitetim var.

O[redaktə]

  • Onu sevsəm də, onunla xoşbəxt olsam da, onsuz özümü azad hiss edirdim. Mənim üçün azadlıq həmişə xoşbəxtlikdən üstün olub. Bəlkə də rəfiqələrimin eqoizm dediyi budur.

S[redaktə]

  • Sivilizasiya nazik bir dəridir, ona qulluq etməyəndə tezliklə yırtılıb gedir.
  • Sonluq həmişə çox çətin olur, həyatın son nöqtəsi olmadığı üçün.

İstinadlar[redaktə]