Narazılıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıq mehriban ailəyə də narazılıq salar. Fin atalar sözləri
- Adəm və Həvva tarixin ən gözəl cütlüyü idi: Adəm Həvvanın qonşunun ərinin necə bacarıqlı olduğu barədə, Həvva da Adəmin anasının necə gözəl yeməklər bişirdiyi barədə narazılığını eşitmirdi. Vanda Blonskaya
- Ailə tükətməz, ailədəki narazılıq tükədər. Türkmən atalar sözləri
- Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
B
[redaktə]- Bədbinlik həmişə mənə sofizm, eyni zamanda axmaqlıq və əlavə olaraq pis maneranın axmaqlığı kimi görünürdü... Mən həmişə bədbinə demək istəyirəm: “Əgər dünya sənin ürəyincə deyilsə, o zaman öz narazılığınla lovğalanma, dünyadan əl çək və başqalarına mane olma”. Lev Tolstoy
- Birgə həyat şəraitində doğan kiçik narazılıqlara yalnız güclü məhəbbət üstün gələ bilər. Teodor Drayzer
- Böyük müvəffəqiyyət çoxlu kiçik narazılıqlar da doğurur. Yapon atalar sözləri
E
[redaktə]- Evdən kənar olanda özünüzü hörmətli qonaqları qarşılayırmış kimi göstərin. İnsanların xidmətindən istfadə edərkən özünüzü elə aparın ki, sanki təntənəli mərasim yerinə yetirirsiniz. Özünüzə rəva bilmədiyinizi başqalarına etməyin. Belə olan halda nə dövlətdə, nə də ailədə narazılıq olar. Konfutsi
Ə
[redaktə]- Əgər hökmdar ianə vermək lazım gələndə ianə vermirsə və əksinə, ianə qəbul etmək lazım olmayanda ianə qəbul edirsə, onun bu və digər hərəkətləri cəmiyyətdə narazılıq doğurur. Çanakya/Hökmdar
- Əlbəttə, Bakı gözəlləşməlidir. İnsanların heç birində narazılıq yoxdur. Sadəcə olaraq, o insanlar ki var, onların özünü narazılıq eləyənləri var. Mən xahiş edirəm onlardan da, yaxşını yaxşı görsünlər, pisdə də yaxşını görsünlər.<...>Bilirsiniz, necədir? Kimsə siyasi bir kor yaradmaq istəyir, kimsə yaxşını görmək istəmir. Öz ürəyində, qərbində şeytan var. Amma onlar da əmin olsun ki, onların qəlbindəki şeytanı mən mələyə çevirəcəm.[1] Hacıbala Abutalıbov
G
[redaktə]- Gəncləri narahat edən və depressiyaya salan xoşbəxtlik axtarışıdır ki, həyatda onunla qarşılaşmaq lazımdır. Bundan daim aldanmış ümid və buna görə də narazılıq yaranır. Qeyri-müəyyən bir xoşbəxtliyin aldadıcı görüntüləri xəyallarımızda qarşımızda dolanır və biz onların əslini boş yerə axtarırıq. Əgər gənclər vaxtında verilən məsləhət və göstərişlər vasitəsilə dünyanın onlara çoxlu imkanlar təqdim etdiyi barədə yanlış təsəvvürü beyinlərindən silə bilsəydilər, çox şey əldə etmiş olardılar. Artur Şopenhauer
H
[redaktə]- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
- Həsəd aparma nifrətdən başqa bir şey deyildir. Çünki, özgəsinin bədbəxtliyi həzz gətirir, xoşbəxtliyi isə narazılıq. Benedikt Spinoza
- Həyat insanı firavanlığın zirvəsinə qaldırır, amma orada onu hirsləndirməkdə və ona əzab verməkdə davam edir. Qarşıda isə həmişə nə isə əlçatmaz, əbədi bir cazibə və narazılıq qalır. Teodor Drayzer
K
[redaktə]- Kimliyindən asılı olmayaraq kiməsə qəzəblənmək və ya kiməsə narazılığını bildirmək, həmişə haqsız bir hərəkət sayılıb, yalnız bir hal istisna hal sayılır. Əgər narazılıq başqasına yox, özünə, öz iyrəncliyinə, öz vəzifə borcunu yerinə yetirməməyə yönəlibsə, o zaman narazılığımızı ədalətli hesab etmək olar. Nikolay Qoqol
N
[redaktə]- Narahatlıq narazılıqdır və narazılıq tərəqqinin ilk zərurətidir. Mənə tam razı insan göstər, mən də sənə uğursuzluğu göstərim. Tomas Edison
- Narazılıq bir insanın və ya millətin tərəqqi yolunda ilk addımıdır. Oskar Uayld
- Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. Höte
Ö
[redaktə]- Özündən narazı qalmaq ağıllı həyatın zəruri şərtidir. Ancaq bu narazılıq öz üzərində işləməyə təhrik edir. Lev Tolstoy
Y
[redaktə]- Yalnız cahillik var, narazılıq yoxdur. Maykl Faradey
- Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. Əbu Turxan
- Yorğunluq narazılıq gətirər. Narazılıq inkişaf üçün lazımlıdır. Tomas Edison