Əyləncə

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir. Artur Şopenhauer

B[redaktə]

  • Bir dəfə evlənmək sınaq, iki dəfə evlənmək əyləncə, üç dəfə evlənmək çılğınlıqdır. Holland atalar sözləri
  • Bizi bunlar yox edə bilər: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; əziyyətsiz var-dövlət; intellektual, ancaq xaraktersiz “insan”lar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı. Mahatma Qandi

E[redaktə]

  • Elm, həqiqətin aydın dərk edilməsi, ağılın maarifi, həyatın təmiz əyləncəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhərlərin qurucusu, bədbəxtlikdə müvəffəqiyyət qalası, xoşbəxtlikdə bəzək, hər yerdə sadiq və ayrılmaz yoldaşdır. Mixail Lomonosov

Ə[redaktə]

  • Ətrafdakı insanlar boş vaxtlarında özlərinə yer tapmayıb primitiv əyləncə və məşğuliyyət axtaranda, mən yaxşı bir kitab tapıb, öz-özümə deyirəm ki, təkcə bu, bütün həyata kifayətdir. Fyodor Dostoyevski

H[redaktə]

  • Heç bir əyləncə mütaliə qədər ucuz və ə təsirli ola bilməz. Umberto Eko
  • Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. Sokrat
  • Həyat nə əzabdır, nə də əyləncə. Həyat elə bir işdir ki, biz onu yerinə yetirməyə və ləyaqətlə başa çatdırmağa borcluyuq. Aleksis de Tokvil

İ[redaktə]

  • İnsan nə qədər bədbəxtdirsə, bir o qədər əyləncəyə ehtiyacı var. Daniel Defo

K[redaktə]

  • Kişi üçün uğursuz sevgi-əyləncə üçün bir bəhanədir. Karmen Silv

M[redaktə]

S[redaktə]

  • Sevgi boş adam üçün məşğuliyyət, döyüşçü üçün əyləncə, hökmdar üçün sualtı daşdır. Napoleon Bonapart
  • Siyasət əyləncə sektorunun bir parçasıdır. Frenk Zappa
  • Sonsuz iş günlərində kədər bayramdır, yanğın əyləncə, boş sifətdəki cızılma isə bəzək. Maksim Qorki

P[redaktə]

  • Pis adam üçün bəd xəbər verməkdən xoş əyləncə yoxdur. Şota Rustaveli

T[redaktə]

  • Teatr həyata düzgün baxmaq, düzgün qavramaq, düzgün başa düşməkdir. Yaxşı, doğru və gözəl yox olduqda, bu gün olduğu kimi, əyləncə mərkəzləri yaranır. Həsən Nail Canat

İstinadlar[redaktə]