Avropa

Vikisitat saytından
Jump to navigation Jump to search
Avropadan kim danışırsa, səhv edir: coğrafi bir ifadədir. Otto fon Bismark



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Almaniya vətənimizdir və vahid bir Avropa gələcəyimizdir. Helmut Kol
  • Artıq Avropa gecəni Parisdə keçirməlidir. I Aleksandr
  • Avropa, fikir və dini azadlığların olduğu mühüm bir məkandır. Angela Merkel
  • Avropada bizim rublumuz üçün əlli qəpik verirlər. Pis o olardı ki, pul əvəzinə yumruq zərbəsi verərdilər. Saltıkov-Şedrin
  • Avropadan kim danışırsa səhv edir: coğrafi bir ifadədir. Otto fon Bismark

B[redaktə]

  • Bəzilərinin qərar verməkdə iştirak etdikləri, digərlərinin qapıda olduqları bir Avropa haqqında düşünmək absurddur. Helmut Kol
  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov

Ə[redaktə]

  • Ədəbiyyat üçün bir material olaraq, slavyan-rus dilinin bütün Avropa dillərindən üstün bir üstünlüyü var. Aleksandr Puşkin
  • Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. Ziqmund Freyd

H[redaktə]

  • Hansı ömrü uzun ömür hesab edək? Ümumiyyətlə, insan həyatında uzun nə ola bilər? Biz yalnız insanlara verilən və onların hesab etdikləri ilə müqayisə edərək bütün uzun və qısa şeyləri adlandırırıq. Aristotelin sözlərinə görə, Avropa tərəfdən Ponta axan Qipanis çayında birgünlüq kəpənəklər yaşayır: onlardan səkkiz saat yaşayanı qoca yaşında ölür, qüruba qədər yaşayanı isə ən qoca yaşda ölür və bu hadisə xüsusilə günəşin pik nöqtəsində daha nəzərə çarpır. İnsan uzunömürlülüyünü əbədiliklə müqayisə etsək görərik ki, biz birgünlük həşəratlar kimi məxluqlarıq.Mark Tulli Siseron

İ[redaktə]

  • İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar. Əli Şəriəti

M[redaktə]

  • Məhz Atlantikadan Urala qədər bütün Avropa dünyanın taleyini müəyyən edir! Şarl de Qoll
  • ...Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bil dildir. Mixail Lermontov
  • Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır. XIV Lüdoviq

S[redaktə]

  • Siz təkcə Rusiyanı deyiil, bütün Avropanı xilas etdiniz. (Feldmarşal M.Kutuzova müraciətindən) I Aleksandr
  • Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson

T[redaktə]

  • Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)

İstinadlar[redaktə]