Məzmuna keç

Mixail Lermontov

Mixail Yuryeviç Lermontov (1837)

Mixail Yuryeviç Lermontov - (3 oktyabr 1814, Moskva – 15 iyul 1841], Pyatiqorsk, Qafqaz quberniyası) — rus şairi, dramaturq, rəssam. Azərbaycanda olub, "Aşıq Qərib" dastanını qələmə alıb. Mixail Yuryeviç Lermontov 15 oktyabr 1814-cü ildə Moskva şəhərində anadan olub. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axillesin dabanı kimi insanın ən zəif yeri ürək deyil, özünü sevməkdir.
  • Bir çox sakit çaylar səs-küylü şəlalələrlə başlayır və heç biri dənizə qədər dalğalanmır və köpüklənmir. Amma bu sakitlik çox vaxt böyük, baxmayaraq ki, gizli gücün əlamətidir: hisslərin və düşüncələrin dolğunluğu və dərinliyi çılğın impulslara imkan vermir; iztirab çəkən və həzz alan ruh hər şeyin ciddi hesabını verir və əmindir ki, belə olmalıdır; o bilir ki, tufanlar olmasa, günəşin daimi istisi onu qurudar.
  • Elə şeylər vardır ki, unutmaq qeyri-mümkündür, xüsusilə də iztirabları.
  • Ən parlaq gündüzlər gecədən doğar,
    Ölüm də uzaqdan gözəl görünür.
  • Hansı uğuru qazanırsınızsa-qazanın, sizə yardım edən birisi mütləq var.
  • Həyat əbədiyyətdir, ölüm bir anlıqdır.
  • Həyat məğlub olanlar üçün mükafat deyil.
  • Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur.
  • Qadınlar yalnız tanımadıqlarını sevirlər.
  • Məhəbbət hər cür şöhrətpərəstlikdən uzaqdır.
  • Mən ölümdən qorxmuram. Oh yox!
    Mən tamamilə yox olmaqdan qorxuram.
  • Mübarizəsiz həyat olduqca cansıxıcıdır.
  • Vicdan yaddaşdan da dəqiqdir.

Haqqqında sitatlar

[redaktə]
  • Heyf ki, o, tez öldü, o nə qədər də qüdrətli idi, o, nələr yarada bilərdi... Əgər Lermontov sağ qalsaydı, nə mən, nə də Dostoyevski lazım deyildik.
    • Lev Nikolayeviç Tolstoy.
  • Lermontov və Qoqol isbat edirlər ki, Rusiyada ağılla iş görmək vaxtı gəlib çatmışdır.
    • Nikolay Qavriloviç Çernışevski
  • Təzəlik, ətirlilik, zəriflik, formanın əlvanlığı və yüksək bədii bəzəyi, obrazların poetik gözəlliyi və əsl sadəliyi, səmimiliyi, enerji, dilin qüvvəti, şeirlərin almaz qədər möhkəmliyi, hiss zənginliyi, qəlb genişliyi, ideyaların dərinliyi, dolğunluğu və müxtəlifliyi, nəhayət, məzmunun ucsuz-bucaqsızlığı – bütün bunlar Lermontov poeziyasının doğma xarakterik əlamətləri və onun gələcək möhtəşəm inkişafının rəhnidir.
    • Vissarion Belinski
  • Rus milli mədəniyyətində Lermontovun yeri Puşkinlə yanaşıdır. Şəxsən mənə Puşkinə olan böyük məhəbbətimə baxmayaraq, Lermontovun yaradıcılığı daha yaxındır. Lermontov ədəbi irsinin müasir cəmiyyət üçün əhəmiyyəti başqa cəhətləri ilə bərabər, bir də bundadır ki, o, mənsub olduğu cəmiyyətin keçmiş, indiki və gələcək günlərini həqiqi bir sənətkar kimi oxumağı bacarırdı.
    • Rəsul Rza

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

[redaktə]