Həmişə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq həmişə ortaya dürtülər. Monqol atalar sözləri
B[redaktə]
- Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur. Can Yücəl
- Bilərsənmi nə pisdir insanın bildiyini izah edə bilməməsi, sözlərin həmişə yarım qalması. "Mən" deyib susması, "Sən" deyib ağlaması... Nazim Hikmət
- Bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin bütün xalqı daim aldatmaq olmaz. Avraam Linkoln
- Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir. Lev Tolstoy
Ç[redaktə]
- Çalış həmişə düşmənlərini bağışlayasan, heç nə onları bu qədər qıcıqlandıra bilməz. Oskar Uayld
- Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an ovuclarından itib gedəcəkmiş kimi, Həm də həmişə səninlə qalacaqmış kimi. Can Yücəl
D[redaktə]
- Dünya çox xərclər çəkib ki, indiki kimi olsun, nə olsun ki, o qədər də ideal deyil, amma onda yaşamaq olar. Buna baxmayaraq yenə də nəsə çatışmır - axı həmişə nəsə çatışmır. Paulo Koelyo
- Düşmənlə həmişə tir körpü üstündə rastlaşarsan. Koreya atalar sözləri
E[redaktə]
- Eşq bir baxışla başlar, bi sözlə bitər. Sevmək mi? Həmişə ürək istər. Can Yücəl
- Evin sonbeşiyini həmişə uşaq bilirlər. Fin atalar sözləri
Ə[redaktə]
- Əkin əkənə - torpaq, avar çəkənə - su həmişə tapılar. Fin atalar sözləri
G[redaktə]
- Gedən adama yol həmişə qısalır. Fin atalar sözləri
- Güclü adamlar həmişə sadə olur. Lev Tolstoy
H[redaktə]
- Həmişə etibarsızlıq göstərmək, Həmişə güvənmək qədər böyük bir səhvdir. Yohann Volfqanq Göte
- Həmişə qorxarıq təklikdən amma bil ki təksənsə; Yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz. Duqlas Noel Adams
X[redaktə]
- Xalqın bir hissəsini həmişə və bütün xalqı bir müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə aldatmaq qeyri-mümkündür. [[Avraam Linkoln
İ[redaktə]
- İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər. Bencamin Franklin
- İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. Bencamin Franklin
Q[redaktə]
- Qablarda qalan son qırıntılar kimi idi sənə olan sevgim. Sən məni həmişə buraxdın; mənsə həmişə arxandan ağladım. Can Yücəl
- Qayda bu: Ən çox sevən, həmişə ən əvvəl tərk edilər. Unutma; vidalar ağrıtsa da, bəzən getmək lazımdır. Can Yücəl
- Qəzəb şeytan amalıdır və həmişə peşimançılıqla qurtarır. Corc Herbert
- Qocalara, yoxsullara, yetimlərə kömək əli uzatmaqla həmişə sevinc içində olarsınız. Corc Herbert
- Qurdun yanında qoyun həmişə günahkardır. Fin atalar sözləri
- Qürürlu insan həmişə qürürlu insana nifrət edir! Bencamin Franklin
S[redaktə]
- Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə cəsarətin çatmayan bütün günahları təqdim edirəm. Oskar Uayld
- Sonbeşik həmişə o birilərindən zəif olar. Monqol atalar sözləri
- Susan adam həmişə haqlı çıxacaq. Monqol atalar sözləri
T[redaktə]
- Torpaq öz payını həmişə götürür. Fin atalar sözləri
Y[redaktə]
- Yaxşı qonaq həmişə vaxtında gələr. Fin atalar sözləri
- Yaşamaq məharəti həmişə irəliyə baxmaq bacarığından yaranmışdır. Leonid Leonov
Z[redaktə]
- Zarafata həmişə yer tapılar. Fin atalar sözləri
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015