İntiqam
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir. Viktor Hüqo
Ə
[redaktə]- Ən təsirli intiqam pisliyi unutmaq və bağışlamaqdır. Janna d'Ark
İ
[redaktə]- İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir. Uilyam Şekspir
- İnsanları ya əzizləmək, ya da onları məhv etmək lazımdır, zira insanlar yüngül zərərə görə intiqam ala bilərlər, amma ağır zərərə görə intiqam almağa gücləri qalmaz; bundan da belə nəticə çıxar: bir insana ediləcək pislik elə ölçüdə olmalıdır ki, onun özünə gəlib intiqam alacağından qorxmağa yer qalmasın. Hökmdar (Makiavelli)
- İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. Bencamin Franklin
- İntiqam səfərinə çıxacaqsansa, özün üçün də bir məzar qaz. Konfutsi
- İntiqam, soyuq yeyilən bir yeməkdir. Xaç atası (film, 1972)
Q
[redaktə]- Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
- Qula bəla gəlməz haqq yazmayınca. Haqq bəla yazmaz qul almayınca, Haqq quldan intiqamı qul ilə alar Dini irfan bilməyən bunu qul etdi sanar. Mövlana Cəlaləddin Rumi
T
[redaktə]- Türklər elə bir millətdir ki, həyatda bir dənə belə qalsa, dövlət qurub intiqamını alar! Adolf Hitler
Z
[redaktə]- Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar. Hind atalar sözləri