Qonaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abırsız qonaq ev yiyəsini qonaq elər. Rus atalar sözləri
- Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır. Ziqmund Freyd
B
[redaktə]- Balıq da, qonaq da iki gündən sonra ağu kimi olur. Benqal atalar sözləri
Ç
[redaktə]- Çatışmayan şeyləri qonaq tez görər. Abxaz atalar sözləri
- Çağrılmamış qonaq çəkinən olar. Fin atalar sözləri
- Çağrılmamış qonaq taundan pisdir. Gürcü atalar sözləri
D
[redaktə]- Dəvət ediləndə qonaq getmək normaldır. Ən pisi isə çağırılmayanda getməkdir. Amma ən yaxşısı isə, sizi dəvət edirlər, amma siz getmirsiniz. Sergey Dovlatov
E
[redaktə]- Ev sahibi bir gözlə baxdığı yerə, qonaq iki gözlə baxır. Fin atalar sözləri
Q
[redaktə]- Qonaq az əyləşər, çox görər. Başqırd atalar sözləri
- Qonaq az qalar, çox görər. Rus atalar sözləri
- Qonaq bərəkət gətirər. Azərbaycan atalar sözləri/Q
- Qonaq bilməlidir ki, nəyi yemək, nəyi saxlamaq lazımdır. Əfqan atalar sözləri
- Qonaq bir gün olar. Azərbaycan atalar sözləri/Q
- Qonaq, çörək yeyirsən? Azərbaycan atalar sözləri/Q
- Qonaq dur altını süpürüm. Azərbaycan atalar sözləri/Q
- Qonaq edirlərsə, suyu da iç. Başqırd atalar sözləri
- Qonaq evə bərəkət, sevinc və dostluq gətirər. Jak Deval
- Qonaq evinə motal yüklü gələn buğda yüklü gedər.Azərbaycan atalar sözləri/Q
- Qonaq əvvəl gələndə gül üstə oturar, sonra gələndə çul üstə, üçüncü dəfə gələndə kül üstə. Azərbaycan atalar sözləri/Q
- Qonaq güclü olsa, ev yiyəsin evdən qovar. Azərbaycan atalar sözləri/Q
- Qonaq heç zaman razı qalmaz. Əfqan atalar sözləri
- Qonaq-qara olmasaydı, hər bir ev qəbirstanlığa dönərdi. Cübran Xəlil Cübran
- Qonaq qonağı istəməz, ev yiyəsi heç birin. Azərbaycan atalar sözləri/Q
- Qonaq qonağın hesabın könlündə saxlar. Azərbaycan atalar sözləri/Q
- Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar. Məhəmməd peyğəmbər
- Qonaq özgə evində səliqəli olar. Azərbaycan atalar sözləri/Q
- Qonaq sevənin süfrəsi boş olmaz. Azərbaycan atalar sözləri/Q
- Qonaq umduğun yeməz, bulduğun yeyər. Azərbaycan atalar sözləri/Q
- Qonaqdan gizlədilən şeytana çatır. Abxaz atalar sözləri
- Qonaqsan - xoş gəlmisən, niyə əliboş gəlmisən? Azərbaycan atalar sözləri/Q
- Qonağa "get" deməzlər, altından palazı çəkərlər. Azərbaycan atalar sözləri/Q
- Qonağa hörmət elərlər, əyərçi kafər ola. Azərbaycan atalar sözləri/Q
- Qonağa üz versən, taxta-boxçanı gəzər. Azərbaycan atalar sözləri/Q
- Qonağı evə qoyan yox, şahqatarın mıxdan asır. Azərbaycan atalar sözləri/Q
- Qonağı gələnin qazanı boşalmaz. Abxaz atalar sözləri
- Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır. Azərbaycan atalar sözləri/Q
- Qonağı xan olanın anbarında arpa qalmaz. Azərbaycan atalar sözləri/Q
- Qonağı qonşuya tanıdarsan, hər ikisindən olarsan. Azərbaycan atalar sözləri/Q
- Qonağı tanı, sonra salamlaş. Rus atalar sözləri
- Qonağın ağzına baxarlar, atına yem verərlər. Azərbaycan atalar sözləri/Q
- Qonağın iki qayğısı var: gəlmək və getmək Fin atalar sözləri
- Qonağın könlündən keçən, ev yiyəsinin könlündən keçməz. Azərbaycan atalar sözləri/Q
- Qonağın ruzusu özündən qabaq gələr. Azərbaycan atalar sözləri/Q
- Qonağını əzizləyən itinə də sümük atar. Azərbaycan atalar sözləri/Q
- Qonaqların olması yaxşıdır, ancaq hamısı bir evdə yox. Əfqan atalar sözləri
Ö
[redaktə]- Özü qonaq olmayan, qonaq eləməyi də bacarmaz. Abxaz atalar sözləri
S
[redaktə]- Savad qonaqdır, ağıl - ev yiyəsi. Abxaz atalar sözləri
U
[redaktə]- Utanan qonaq ac qalar. Osetin atalar sözləri
- Utancaq qonaq ac qalır. Osetin atalar sözləri
V
[redaktə]- Vaxtsız qonaq öz kisəsindən yeyər. Azərbaycan atalar sözləri/V
Y
[redaktə]- Yaxşı qonaq həmişə vaxtında gələr. Fin atalar sözləri