Susmaq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axşamlar dinləyərək susmağın səni müdrik edir. Çünki, müdrikliyin başlanğıcı susmaqdır. Pifaqor
B[redaktə]
- Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. Şarl Lui Monteskyö
- Bəzən susmaq ən dəhşətli ittiham ola bilər. Menandr
D[redaktə]
- Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. Höte
Ə[redaktə]
- Əgər sussan danışmağın daha işıqlıq olar. Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. Şəms Təbrizi
- Ən çox da üç şey yorar insanı... Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. Çak Palanik
- Ən yaxşı dinləyici susmağı bacarandır. Fletçer Kristian
- Əsl siyasətçi susaraq nə isə deməyi və danışaraq heç nə deməməyi bacarmalıdır. Əbu Turxan
- Əvvəlcə üç dəfə fikirləş,sonra sus. Anri Fransua Renye
H[redaktə]
- Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa,susmaq yaxşıdır. Rene Dekart
- Hətta başıboş adam da susanda müdrik görünür. Əli
Q[redaktə]
- Qəzəbin yeganə dərmanı susmaqdır. Sokrat
S[redaktə]
- Sus, ya da susmaqdan da qiymətli söz söylə! Lev Tolstoy
- Susmaq alimə yaraşır, cahilin isə eyiblərini ört-basdır edir. Məhəmməd peyğəmbər
- Susmaq dözülməsi çox ağır olan bir cavabdır. Çesterton
- Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır. Şarl de Qoll
- Susmaq insanı ələ verməyən sadiq bir dostdur. Konfutsi
- Susmaq o qədər gözəl mövzudur ki,onun haqqında saatlarla danışa bilərəm. Uilyam Varner
- Susmaq təkzib edilməsi mümkün olmayan dəlildir. Henrix Böll
- Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. Pyer Büast
- Sükut da bir növ danışmaq sənətidir. Uilyam Hezlitt
Ş[redaktə]
- Şöhrətpərəst adamlardan diplomat çıxmaz: onlar susmağı bacarmırlar. Lyuk de Klapye Vovenarq
U[redaktə]
- Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər. Bencamin Franklin
Y[redaktə]
- Ya sus, ya da susmaqdan üstün bir söz söylə. Pifaqor
- Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. Sokrat